Kərbəla hadisəsinə görə yas saxlanılmalıdırmı?
Müsəlmanlar > Fitvalar > Həzrəti Hüseyn Tarix: 20 Ekim 2015 Tövsiyə et Çap et
Sual: Kərbəla hadisəsinə görə yas saxlanılmalıdırmı?

Cavab: Kərbəla hadisəsi İslam tarixinə qara bir ləkə kimi düşən və hər müsəlmanı üzən bir hadisədir. Bu hadisədən ibrət və dərs almaq lazımdır. Ancaq təəssüflə qeyd edək ki, bu hadisəni törədənlər onu ən çox istismar etməkdə və öz siyasətlərinə alət etməkdədirlər. Hüseyni (r.a.) Küfəyə çağıranlar onun tərəfdarları, yəni şiələr idi. Sonradan səbəb olduqları işə peşman olaraq özlərini döyməyə başladılar. Bu ənənə hələ də davam etməkdədir. “Ya Hüseyn” deyib başlarını yaran və sinələrini döyənlər bu dedikləri sözlə şirkə düşdüklərini bilməlidilər. Təəssüf ki, şiələrin bir çoxu imamlarının belə ölmədikləri qənaətindədilər. Diri olan Allahdır. Hüseyn və digər imamlar isə vəfat edib.[1]

Kərbəla hadisəsini yad etmək üçün yığışanların beynində və bədənində müsbət təsirlərdən çox mənfi təsirlər meydana gəlməkdədir. Nifrət, qəzəb və özlərinə qatılmayan insanlara qarşı bir düşmənçilik yaranmaqdadır. Yezid və tərəfdarlarına lənət oxuyan hər bir kəsin əqidəsində özlərinə görə bir Yezid və tərəfdarları formalaşır. Dinin əsaslarının bunlarla savaşmaq, lənət oxumaq olduğunu başa düşürlər. Artıq özlərinə qarşı gələn hər hansı bir şəxsi rahatlıqla Yezid və tərəfdarlarından biri olaraq adlandıra bilirlər. Eyni zamanda mərasimdə şiələr bu tarixi hadisəni alovlandıraraq öz məzhəbində olmayanlarla mübahisəni qızışdırmaq surətilə düşmənçiliyi artırırlar.

Allah təala, keçmişdə olanlar və onların etdikləri barədə belə buyurur:

“Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.” (Bəqərə, 2/134).

Allah Təala əvvəlkilərin hesabını bizdən soğruşmayacaq. Hər kəs elədiyinin hesabını özü verəcəkdir. Biz onların elədikləri yaxşı işlərindən dərs almalı, pis işlərindən də ibrət almalıyıq. Adəm əleyhissalamdan bu yana Kərbəlada olanların bənzəri min dəfələrlə təkrarlanmışdır və hələ də təkrarlanmaqdadır. Hal-hazırda müsəlmanlar yaşayan ölkələrin bir çoxunda, xüsusilə Suriyada neçə ildir müsəlman xalqa qarşı bir qətliam (Kərbəla) törədilir. Yezidə düşmən olduğunu iddia edən hər bir şiə bunu yaxşı bilməlidir ki, “başına bomba salaraq bir uşağı öldürən, bir Hüseyni öldürmüş kimidir.” Təəssüf ki, bu günün şiələri “ya Hüseyn”- deyib, Yezidə arxa-kömək çıxmaqdadılar. 10 il bundan qabaq “B.A.S.” rejiminə düşmən olanlar bu gün onlarla birləşib müsəlmanları (vəhhabi adlandıraraq) qətlə yetirirlər. Öz mənfəətlərini, məzhəblərini din olaraq görənlər Hüseyni Yezid, Yezidi Hüseyn olaraq görə bilir və bunları öz siyasətlərinə alət edə bilirlər.

Həm şiələr həm də sünnilər bunu yaxşı bilməlidilər ki, dinimiz beynəlxalq dindir. Bu din nə Yezid, nə Hüseyn, nə də xilafət davasına endirilə bilər. İslam, həm Yezid kimilərin həm Hüseyn kimilərin əminamanlıq içində yaşaya biləcəyi, əvvəlcə qəlblərdə sonra isə yerdə Allahın hakimiyyətini bərqərar etməyi məqsəd edən bir dindir. Heç bir peyğəmbər nə Yezid kimilərini yox etmək nə Hüseyn kimilərini taxta gətirmək, nə də yer üzündə hakimiyyət qurmaq üçün göndərilməmişdir. Bütün bu kimi fikirlər sonradan, dini öz siyasətlərinə alət etmək istəyənlərin uydurduğu bir bidat olaraq ortaya çıxmışdır.

Suala cavab verdi: Aydın Mülayim.

Oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı video linkinə müraciət etsinlər:

https://www.youtube.com/watch?v=r5I4bC9vrZ0

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “Əslində, sən də öləcəksən, onlar da öləcəklər!” (Zümər 39/30)

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kərbəla hadisəsinə görə yas saxlanılmalıdırmı? 20.10.15 2.260 dəfə oxundu
2 Həzrəti Hüseyn bilə-bilə ölümə getdi? 20.06.12 2.928 dəfə oxundu
3 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.567 dəfə oxundu