Müsəlmanlar
Zəkatın təhsil sahəsinə istiqamətləndirilməsi

Zəkatın təhsil sahəsinə istiqamətləndirilməsi

Sual: Mən xaricdə yaşayıram. Burada bir Türk məktəbi açılıb. Mən keçən ildən öz oğlumu həmin məktəbə göndərirəm. Bu məktəbdə təhsil pulludur; biz təhsil ödənişi kimi illik 3 min dollardan çox pul ödəyirik. Bu il məktəb üçün fitrə və zəkat pulu yığırlar. Bildirilir ki, bu pul şagirdlər üçün xərclənəcək. Mən bu məsələdə tərəddüd edirəm: Görəsən, pullu təhsil verən bir məktəbə fitrə və zəkat verə bilərəm? Bu dini baxımdan düzgün olarmı?

Siz fitrə və zəkatınızı o məktəbə deyil, orada oxumağa çalışan amma maddi çətinliyi olan şagirdə verə bilərsiniz. Əgər pulu bu kimi şagirdlər üçün yığırlarsa, yenə də verə bilərsiniz. Amma məktəbin ehtiyacları üçün verə bilməzsiniz. Çünki məktəb sizdən aldığı pullarla öz ehtiyaclarını ödəyə bilər.