Müsəlmanlar

Təbliğ çatmayan yerdə qeyri-müsəlmanlar nədən məsuliyyət daşıyır?

Sual: İnsanların çoxu doğulduqları ailənin dini üzərə ölürlər. Bu qədər mühüm bir dünya imtahanında (nəticəsi cənnət və ya cəhənnəm olan) müsəlman olaraq doğulanlar şanslı, qeyri-müsəlman olaraq doğulanlar isə çox şansız sayılmazmı?

Cavab: İnsanların hər hansı bir ailədə, dini çevrədə doğulmasının elə də fərqi yoxdur. Dürüst olan hər zaman dürüst olur. Əgər qeyri-müsəlmanlara doğru din təbliği edilməmişsə, onlar Allahın birliyindən, yəni Allaha şərik qoşub-qoşmamalarından və beynəlxalq doğrulardan hesaba çəkilirlər. Əslində müsəlmanlar da eyni şeylərdən hesaba çəkiləcəklər. Onların da çoxuna adı İslam olan, fəqət doğru şəkildə təqdim edilməyən Quransız bir din təbliğ edilməkdədir. Necəki, əsrlərdir bunu müşahidə etməkdəyik.

Allah Təala, dini fitrət adlandırır:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın fitrətinə[1]! O, insanları da fitrətləri (təbiətləri) ölçüsündə yaratmışdır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum, 30/30.)

Bu səbəblə insanların bir çoxuna Allahın kitabı və elçilərinin təbliği çatmasa da onlara fitrəti ilə uyğunlaşan beynəlxalq doğrular mütləq çatır. Məsələn, təmiz su dünyanın hər yerində içilir və qəbul edilir, dürüstlük, mərdlik, acı doyurmaq, ədalət dünyanın hər yerində sevilir. Ancaq çirkli suyu hər insan içməz, yalan dünyanın hər yerində yalandır, öldürmək, şərləmək, ac buraxmaq, əziyyət vermək dünyanın hər yerində pisdir. Çünki bunlar insan fitrətinə tərs olan şeylərdir. Normal insanın təbiəti, daxili aləmi bunlardan rahatsız olur. Bilavasitə hər insan etdiyi yaxşılığın da pisliyin də şüurunda olur.

Qısacası, Kainata baxıb onu doğru dəyərləndirən və fitrətinə görə hərəkət edən bir insanın, harada anadan olmasından asılı olmayaraq, dünyası da aqibəti də xeyrli olacaqdır.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6373.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Hər canlının təbiəti, özü-özəyi.