Müselmanlar
Pulunu işlətmək istəyən bir insan şərikliyi necə qurmalıdır?

Pulunu işlətmək istəyən bir insan şərikliyi necə qurmalıdır?

Sual: Bir iş qurma mərhələsindəyik. İmkanlı biri quracağımız işə maliyəçilik (finanslıq) edəcək və biz də əmək sərf edəcəyik. Belə bir müqavilə bağlamağı fikirləşirik: Maliyəçi 20 min manat sərmayə buraxacaq. İlin axırında ana sərmayəsi və tam qazancın dörddə birini, ikinci ilin axırı isə tam qazancın səkkizdə birini alacaq. Belə bir müqavilə dinə uyğun olarmı? Əgər uyğun deyilsə, onda uyğun olanı nədir?

Cavab: Belə bir müqavilə caiz deyildir. Ana sərmayə və qazanc qarantili hər cür müqavilə İslam hüququna (fıkha) tərsdir.

Caiz olanı budur: Maliyəçi sərmayəsini qoyar, ilk əvvəl qazanc nisbətləri müəyyən edilir. Layihə qazanc əldə edərsə, başda razılığa gəldikləri nisbətdə qazanc paylarını alırlar. Layihə zərər edərsə, sərmayəyə aid zərər sərmayədən, əməyə aid olan zərər də əməkdən hesablanır. Yəni, çalışan bu müddət ərzində heç bir qazanc əldə etmədiyi kimi, sərmayədar da ortada olan zərərə qatlanır.

Layihə tamamlanıb pula çevrildikdən sonra, alacaq-verəcək də yox isə o zaman ana sərmayə sahibinə qaytarılır, qalan miqdar da əvvəlki anlaşmaya görə qazanc nisbətində öz aralarında bölüşdürülür.

Suala cavab verdi: Sərvət Bayındır.[1]

Buna oxşar sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5787.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Hüquqşünas-iqtisadçı, İstanbul Universitetinin Professoru.

Bizi izləyin