Müselmanlar
Rəsulullah əleyhissəlam döyüşdə iştirak etməyənləri də əsir alırdımı?

Rəsulullah əleyhissəlam döyüşdə iştirak etməyənləri də əsir alırdımı?

Sual: Bir insanın döyüş əsiri ola bilməsi üçün birbaşa döyüşdə iştirak etməsi lazımdır? Məsələn, kişiləri döyüşdə iştirak etmiş bir qrupun evlərindəki qadınları əsir alına bilərmi?

Cavab: Döyüş meydanlarında ələ keçirilənlər əsirdir. Onun xaricində qalanlar əsir alınmaz. Bu barədə Allah Təala belə buyurur:

“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin…” (Muhəmməd 47/4)

Bəqərə 190-da isə, “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”

Ancaq qarşı tərəf arvad-uşağını da döyüşə qatıb vuruşarsa, onda onlar da digərləri ilə birlikdə əsir alınır. Məsələn, Hüneyn döyüşündə Həvazin qəbiləsi müsəlmanlara qarşı tam zəfər əldə etmək üçün arvad-uşaqlarını və mallarını da döyüşə qatmışdılar. Müsəlmanlar da rəsulullah başda olmaqla, Hüneyn döyüşündə qalib gəldikdən sonra ələ keçirdiklərinin hamısını əsir almışdır.

Buna oxşar sual-cavablarla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

http://www.muselmanlar.com/fitvalar/6407.html

http://www.muselmanlar.com/fitvalar/6405.html

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Bizi izləyin