Müsəlmanlar
Millət vəkillərinin “məclis”i ilə “şura”arasındakı fərq nədir?

Millət vəkillərinin “məclis”i ilə “şura”arasındakı fərq nədir?

Sual: Əksəriyyətin doğru yolda olmaması ilə istişarə (başqalarının fikrini öyrənmək) arasındakı fərqi izah edə biləsinizmi?

Cavab: Hal-hazırdakı məclisin istişarə ilə əlaqəsi yoxdur. Çünki, məclisdə seçilənləri xalq deyil, mənsubu olan partiyanın rəhbərləri təyin etmişdir. Əgər bir məhəllənin insanını xalq seçmiş olsa və seçilən də təyin edilmiş olsa, onda o adam mənsub olduğu partiyanın deyil, təmsil etdiyi xalqın haqlarını müdafiə edər. Təəssüf ki, biz hələki buna rastlamırıq. Ölkəmizdə olan sistem, tamamilə istismara yönəlik və xalqın gücünü qırmağa çalışan kapitalist sistemdir.

Şura isə bu sistemlərə bənzəməz. Şura, hər hansı bir məsələnin mütəxəssisləri tərəfindən icra olunmasıdır. Məsələn, Ömər (r.a.) ın Mədinədə etdiyi kimi; yetişmiş insanları şəhərdə saxlamış və hər hansı bir problem olduğu zaman bu adamlarla görüşmüş, Quranın və rəsulunun tətbiqatları üzərindən problemlərin həlli yolunu müzakirə etmişdi. Bu səbəblə, onun dövründə insanların çoxu İslamı səmimi qəlbdən qəbul etdi və dünyanın hər tərəfinə yayıldılar. Nə zaman ki, bu şura dağıldı və Osman zamanında işin əhli olmayanlar idarəyə gətirildi, bundan sonra müsəlmanların iki yaxası bir araya gəlmədi. Təəssüf ki, hələ də müsəlmanlar, Allahın rəsuluna əmr etdiyi[1] və səhabələrin tətbiqatı[2] olan şuradan uzaqdır. Bu səbəblə nəinki beynəlxalq məsələləri, hətta öz aralarındakı xırda məsələləri belə həll edə bilmirlər. Etməyə çalışanları da özlərindən saymırlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[3]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bax: Ali İmran 3/159.

[2] Bax: Şura 42/38.

[3]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []