Müselmanlar
Ömər (r.a.), dinin bəzi hökmlərinə əlavələr və əksikliklər gətiribmi?

Ömər (r.a.), dinin bəzi hökmlərinə əlavələr və əksikliklər gətiribmi?

Sual: Mutə nikahını, müəlləfi-quluba (qəlbləri İslama isindirmək üçün) zəkat verilməsini, cariyələrin örtünməsini qadağan edən hökmləri və təravih namazının tətbiqatı kimi bir çox qaydaları Ömərə məxsus etməkdədirlər. Bu barədə nə deyə bilərsiniz?

Cavab: İnsanlar öz iddialarını dəlilləndirmək üçün güclü, şöhrətli insanlardan istifadə edirlər. Ömər (r.a.) da bunlardan biridir. Belə insanların siyahısında, Əli əleyhissəlam, İbn Abbas da vardır ki, ən çox bunların üstünə iftira edilmişdir. Çünki, cəmiyyətin çoxu bu insanları sevmiş və qəbul etmişdir.

Sualınıza cavab olaraq bunu deyə bilərik: Mütə nikahı deyə bir nikah olmayıb ki, Ömər onu qadağan etsin. Elə bir şey olsaydı, Ömər bunu necə qadağan edə bilərdi? Belə bir iddia, Allahın halal etdiyini haram etmək olur ki, bu da insanı kafir edər. Bu cür fətvaları qəbul edənlər də müsəlman olaraq qalmazlar.

Şiələr, Ömərin kafir olduğunu üstü-örtülü irəli sürmüş və əhli-sünnə də bunun şüurunda olmadan təsdiqləmişdir. Əhli-sünnə, şiələrin verdiyi fətvaya qarşı gəlmək üçün Ömərin gücündən istifadə etmişdir. Qısacası, hər iki məzhəb öz iddialarına Öməri qurban etmişdir. Bu məzhəblərin digər iddiaları, fətvaları da o cümlədən, bir-birinə bənzərlik təşkil etməkdə, eyni iftiraya və məntiq xətasına yol verməkdədir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Mutə yəni siğə barədə ətraflı məlumatı aşağıdakı linkdə görə bilərsiz:

http://www.muselmanlar.com/tedqiqatlar/5173.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Bizi izləyin