Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi?
Müsəlmanlar > Fitvalar > Siyasət Tarix: 31 Ağustos 2015 Tövsiyə et Çap et
Sual: Müasir dünyada ölkələrin beynəlxalq müqavilələrindən ortaya çıxan məsuliyyətləri vardır. Bunların içində dinə tərs olanları da olur. Onlar yerinə yetirilmədiyi təqdirdə ortaya çıxacaq çətinliklər zərurət sahəsinə girməzmi?

Cavab: Biz müsəlman olaraq imtahandan keçirilirik. İmtahanın əsl sahəsi də insanın öz dünyasını axirətə seçib seçmədiyi ilə əlaqədardır. Əgər bir insan dünyasını axirətə seçirsə, onun səbəbləri heç bir zaman əksik olmayacaqdır. Hər zaman və hər yerdə onun bəhanələri olacaqdır. Məsələn, Məkkə müşrikləri Qurana qulaq asdılar və peyğəmbərimizin doğru dediyini çox gözəl başa düşdülər. Amma qəbul etmədilər. Sualınızda olan bənzər səbəblərdən qəbul etmədilər.

Qurani- Kərim onların bəhanələrini belə xəbər verməkdədir:

“Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, etibarlı bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.” (Qəsas 28/57)

Məkkəlilər də eynilə, “burası Məkkədir. Çevrəmizdəki bütün ərəblər buraya Həccə, Ümrəyə gəlirlər. Biz sənə tabe olduğumuz zaman onlar bizə qulaq asmaz və bizi buradan qovarlar.”- dedilər.

Bu gün də günümüzün idarəçiləri, “şərtlər uyğun deyildir”- deyərlər. Heç bir zaman da uyğun olmayacaqdır. Elə olsa imtahan da olmaz. Elə imtahan bu olduğu üçün bir insan, Allahın əmrinəmi, yoxsa başqasının əmrinəmi uyduğunu ortaya qoymaqdadır.

Sən əgər Allahın əmrinə uyarsan, o zaman sənin beynəlxalq bir kimliyin olur. Yer üzündə sənə qarşı çıxacaq bir tək ağlı başında dürüst insan ola bilməz. Necə ki, ayədə ifadə edildiyi kimi, o günkü Məkkəlilərin kafir olanları belə, bu yola “hüda”– deyirdilər, hər kəs buna “hüda” deyər. (Gündəlik həyatda siz də rast gəlmisiniz belə deyənlərə: “Sən düz yoldasan, ancaq bu bizlik deyil”). Lakin adı İslam olan bu günkü klassik dinin qaydalarını təqdim edərsəniz, bunu dünyada normal insanların qəbul etməsi mümkün deyildir. Əgər Allahın kitabında olan İslamı və peyğəmbərin tətbiqatını təqdim edərsəniz, buna da yer üzündə heç bir normal insan qarşı çıxmaz. Qəbul edər etməz, bu artıq onun problemidir.

Sualınıza bir də cavab olaraq, ayənin davamı belədir: “Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, etibarlı bir yerdə yerləşdirmədikmi? Bizə də eynilə, hər şeyi verən Allah Təalaya qarşı vəzifəmizi yerinə yetirməli olduğumuz halda, heç bir şey verməyən, əksinə, bizdən bir şeylər almağa çalışanlara qarşı özümüzü necə vəzifəli ya da rahat saya bilərik? Haqqı qoyub, batıla necə güvənə bilərik? Avropanın haramları və gücü bizi qurtaracaqsa, Allahın halalları yada gücü bizi qurtarmayacaqmı?

Allah Təala Ənkəbut surəsinin 67-ci ayəsində, “İndi onlar, batıla inanıb güvənir və Allahın nimətinimi danırlar? Özünə gələn həqiqətə göz yumub, batıla sarılandan daha pis vəziyyətdə olan kim ola bilər?”– buyurmaqdadır. Doğru yolda olanlara isə, “Kim bizim yolumuzda cihad (hər cür çətinliyə sinə gəlmək) edərsə, əlbəttə hidayətə qovuşduracayıq. Bu da bir həqiqətdir ki, Allah yaxşı davrananlarla bərabərdir.” (Ənkəbut 29/69).

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Ətraflı məlumat almaq üçün Azərbaycanda nəşr olunan “Din və dövlət münasibətləri” kitabımızı alıb oxuya bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik? 28.12.10 7.018 dəfə oxundu
2 Yezidə nəhlət (lənət) oxumaq olar? 18.03.13 2.224 dəfə oxundu
3 Dövlətin dini olurmu? 07.08.17 28 dəfə oxundu
4 Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz? 29.12.10 4.873 dəfə oxundu
5 Müsəlmanlar nəyə görə qərblilərdən geri qalıblar? 21.06.13 1.160 dəfə oxundu
6 Demokratiya məsələləri 29.12.10 5.090 dəfə oxundu
7 Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı? 04.05.16 714 dəfə oxundu
8 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 2.012 dəfə oxundu
9 Dövlət başçılarını təhqir etmənin dini bir cəzası varmı? 22.04.16 699 dəfə oxundu
10 Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək? 20.03.11 1.672 dəfə oxundu
11 Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi? 09.06.15 947 dəfə oxundu
12 Zəmanənin imamına beyət etmək 03.03.10 2.795 dəfə oxundu
13 Nə üçün dünyada həmişə müsəlmanlar əzilir? 28.03.11 1.588 dəfə oxundu
14 Osmanlı alimlərinin qardaş qətlinə verdiyi fətva doğrudurmu? 03.12.15 626 dəfə oxundu
15 Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir? 27.02.10 1.880 dəfə oxundu
16 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.690 dəfə oxundu
17 Zalım dövlətlərin xalqları potansial düşmən deyilmi? 01.06.16 582 dəfə oxundu
18 İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi 12.08.09 2.174 dəfə oxundu
19 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.620 dəfə oxundu
20 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 659 dəfə oxundu
21 İslam dininin zorakı millətçilik anlayışına baxışı 13.08.09 1.654 dəfə oxundu
22 Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər? 24.10.11 1.898 dəfə oxundu
23 Quranda Allahdan başqasına itaət əmri varmı? 12.07.16 740 dəfə oxundu
24 Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi? 31.08.15 706 dəfə oxundu
25 Təəssüb nə deməkdir? 17.01.12 1.637 dəfə oxundu
26 Qumar, faiz və zina bir ölkədə qanuni isə idarəçilərinin məsuliyyəti nədir? 18.07.16 622 dəfə oxundu
27 Quranda “İslam dövləti” məfhumu varmı? 27.04.16 723 dəfə oxundu
28 İslamda irqi ayrı-seçkiliyə münasibət 25.02.12 1.737 dəfə oxundu
29 Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır? 05.08.16 536 dəfə oxundu
30 Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar? 31.10.11 1.499 dəfə oxundu
31 İslamı ərəbləşdirmək nə dərəcədə düzgündür? 01.03.12 1.397 dəfə oxundu
32 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 401 dəfə oxundu
33 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 730 dəfə oxundu
34 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.579 dəfə oxundu
35 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.032 dəfə oxundu
36 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.783 dəfə oxundu
37 Həzrəti Hüseyn bilə-bilə ölümə getdi? 20.06.12 2.813 dəfə oxundu
38 Ölkəmizdə olan iqtisadi böhranın səbəbi nədir? 13.03.17 283 dəfə oxundu
39 Dövlət vətəndaşına necə davranmalıdır? 03.08.16 633 dəfə oxundu
40 Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir? 26.07.12 1.437 dəfə oxundu
41 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 251 dəfə oxundu
42 Səs vermək kafirlikdir? 28.12.10 6.848 dəfə oxundu
43 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.311 dəfə oxundu
44 Savaş hiylədir hədisinin Quranda əsli varmı? 31.07.17 34 dəfə oxundu