Müsəlmanlar

İşlədiyim yerdə namaz qılmağa, oruc tutmağa şərait olmur. Mən nə etməliyəm?

Sual: Mən elə bir yerdə işləyirəm ki, burda nə namaz qılmağa nə də oruc tutmağa şərait olmur. Mən nə etməliyəm? Bəzi hallarda da düşünürəm ki, bu çətinliklərimizi Allah görür və qılmadığımız namazları da düşdüyümüz çətin vəziyyətə görə bağışlayar. Sizcə bu fikrimizdə haqlıyıq?

Cavab: Bunu bütün insanların bilməsi lazımdır: “Allah onları əmrinə layiq qıldığı üçün şərəfləndirmişdir!” Əgər insanları buna layiq görməsəydi digər canlılardan bir fərqi qalmazdı və onları başqa canlılardan üstün və şərəfli qılmazdı. Necə ki, Allahın əmrlərindən boyun qaçıran insanların digər canlılara qarşı bir üstünlüyü və şərəfi qalmadığı kimi…

Namaz elə bir ibadətdir ki, bu ibadət heçbir şəraitdə, heçbir zaman tərk edilməz. Döyüşdə belə tərk etməməyimizi, at üzərində belə qılmağımızı əmr etməkdədir.[1] Bu səbəblə biz, harda işləməyimizdən asılı olmayaraq, özümüzə şərait yaratmalı və namazımızı çalışdıqca uyğun bir şəkildə qılmalıyıq. Əgər şərtlər münasib deyilsə, namazı (günorta-ikindi, axşam-yatsı) birləşdirərək, yolda oturaraq, ağır xəstəlik zamanı yataraq da olsa namazımızı qılmalıyıq. Ağır iş şəraitlərində, yemək və istirahət zamanı buna özümüz şərait yaratmalıyıq. Biz özümüz özümüzə şərait yaratmadan, başqalarından bunun üçün bizə şərait yaratmalarını gözləməməliyik. Əgər biz Allahın əmrlərinə ciddi yanaşsaq, başqaları da bizə baxıb Allahın əmrinin nə qədər ciddi olduğunu dərk etməyə başlayacaqlar.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5601.html

http://www.muselmanlar.com/fitvalar/4232.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə 2/239.