Müsəlmanlar
Qazancı olmayan torpaq sahəsinin zəkatı olurmu?

Qazancı olmayan torpaq sahəsinin zəkatı olurmu?

Sual: Boş bir yerin və heç bir qazancı olmayan torpaq sahəsinin zəkatı olurmu?

Cavab: Əgər torpaq sahəsi satmaq məqsədilə alınmış isə, ticarət malıdır. Belə bir malı satdığın təqdirdə zəkatını verməlisən. Əgər satmaq üçün alınmamış isə, belə bir malın zəkatı olmaz. Məsələn, bir stəkanın ticarət malı ola bilməsi üçün onun al-ver məqsədilə alınması lazımdır. Ancaq bir stəkan, ticarət məqsədi xaricində, çay içmək və müxtəlif məqsədlərdə istifadə etmək üçün alınmış isə zəkatı verilməz. Hər hansı bir mal, satmaq üçün alınmışsa, ticarət malıdır və zəkatı verilir. Paltar da belədir: Satmaq üçün aldınsa ticarət malıdır, əyninə geyindiyin zaman isə ticarət malı olmaqdan çıxar.

Qısacası; Bir malı satan zəkata tabe olur, istifadə üçün alan isə olmaz. Bilvasitə, satmaq üçün alınmayan bir mal, ticarət malı deyildir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/3844.html

http://www.muselmanlar.com/fitvalar/6206.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []