Müsəlmanlar

Qurani-Kərimin mirasla əlaqədar hökmləri əmrdir, yoxsa tövsiyə?

Sual: Mirasla əlaqədar verilən suala bir müəllimin qəzetdə; qadına bir, kişiyə iki hissənin tövsiyə olduğunu, istəyənin müasir qanunlara əsasən mirası paylaya biləcəyini qeyd etdi. Doğrusu nədir?

Cavab: Nisə surəsinin 11-12- ci ayələrində mirasla əlaqədar hökmlər izah edildikdən sonra, həmin surənin 13-cü ayəsi belə tamamlanır:

“Bunlar Allahın hədləridir (hökmləridir) . Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.”

Bu ayələr Allahın əmrinə itaət edənlərlə etməyənlərin aqibətini göstərir. Belə bir tövsiyə olurmu?

Dünyada hər kəsin  azmaq və ya azdırmaq səlahiyyəti vardır. Əlbəttə, insanların bir çoxu öz keyfinə, öz arzularına görə danışacaqdır. Belələrinə mane ola bilmərik. Biz Allahın əmrlərinə itaət edərək özümüzü qurtarmaya çalışmalıyıq!

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

Müsəlman bir şəxs miras qoyub getmək üçün cidd-cəhd etməlidir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []