Müselmanlar
Mən ərdə olan bacıma zəkat verə bilərəm?

Mən ərdə olan bacıma zəkat verə bilərəm?

Sual: Mən ərdə olan bacıma zəkat verə bilərəm?

Cavab: Zəkatın zəkat verilə biləcək vəziyyətdə olan qohum-əqrəbaya verilməsi daha yaxşıdır. Belə ki, zəkat birinci dərəcədə möhtac vəziyyətdə olan bacı-qardaş, sonra əmi, bibi, dayı kimi yaxın qohumlara və qonşulara verilməlidir.

Belə olan halda, əgər sizin ərdə olan bacınız zəkat verilməli vəziyyətdədirsə, yəni, dini cəhətdən varlı deyilsə, başqa sözlə, nisab miqdarında mal-dövləti yoxdursa, ona zəkat verə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin