Meyyit namazında: “Haqqımı halal etmirəm” deməyin hökmü nədir?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 28 Mayıs 2015 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, meyyit namazında namazı qıldıran molla üzünü camaata tutub: "Haqqınızı bu ölən şəxsə halal edirsiniz?", - deyə, soruşur. Bu vaxt: "Xeyr, mən haqqımı halal etmirəm" deməyin hökmü nədir?

Cavab: Əgər bunu deyən şəxsin ölən şəxsin boynunda haqqı varsa, bu söz qüvvədədir. Əgər heç bir haqqı yoxdursa, etibarsız bir sözdür, əhəmiyyəti yoxdur.

Bu halallaşmaq məsələsi də son vaxtlarda hədd-hüdud tanımır. Belə ki, bir nəfəri çaya qonaq edirsən, çayını içdikdən sonra deyir ki, haqqını halal et. Halbuki çaya qonaq edən onsuz da bunu ona halal edib; bəri başdan öz qərarını verib! Həmin şəxs çayını içdikdən sonra: “Bu çay sənə zəhər olsun!”, – deməyin heç bir əhəmiyyəti yoxdur. Belə bir məntiq ola bilməz.

Halallaşmaq bu qədər sadə və bəsit bir məsələ deyil. Əgər belə olsaydı, hamı bir-birinin cibindən pul və ya telefon götürər, sonra da: “Haqqını halal et”, – deyərdi.

Mən özüm məndən halallıq istəyən şəxslərdən soruşuram ki, xeyr ola, aramızda mənim bilmədiyim bir məqam var? Varsa, de, mən də halal edib etməyəcəyimə düzgün qərar verim.

Bəzən görürsən ki, bəzi analar uşaqlarına belə deyirlər: “Sənə verdiyim süd haram olsun, burnundan gəlsin!”. Bu sözün heç bir mənası yoxdur. Çünki o ana südünü öz övladına Allah əmr etdiyi üçün onsuz da verməlidir. Üstəlik, övlada keçmişdə baş vermiş bir hadisəyə əsasən halallıq verib verməmək də cəfəngdir.

Əgər bir şəxsin digər bir şəxsə həqiqətən də, haqqı keçibsə, bunun da bir yol-yolağası var. Misal üçün, ölən şəxsin yaxınlarına müraciət edib deyə bilər ki, filankəs öldü, ancaq mənim onda filan haqqım var. Əgər bunu sübuta yetirə bilsə, haqqını ala bilər. Belə bir halda ölənin yaxınları onun mirasından həmin borcu ödəməlidirlər. Mirası yoxdursa, başqa bir iş görməyə ehtiyac yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.339 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 3.069 dəfə oxundu
2 Peyğəmbər deyib ki, rəhmətliklərinizə Yasin oxuyun? 14.05.12 15.628 dəfə oxundu
3 Allah, istədiyi adamın canını vaxtından qabaq alırmı? 28.01.19 366 dəfə oxundu
4 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 3.772 dəfə oxundu
5 İhdad 18.05.12 1.302 dəfə oxundu
6 Ölüm ilə yenidən diriliş arasındakı müddət nə qədər olacaq? 04.01.19 327 dəfə oxundu
7 Ölüm qorxusu 16.12.10 4.433 dəfə oxundu
8 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.583 dəfə oxundu
9 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 1.800 dəfə oxundu
10 Ayə olmağına baxmayaraq mollalar nə üçün ölüyə təlqin edirlər? 27.06.12 1.851 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 2.423 dəfə oxundu
12 İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir? 27.08.12 2.665 dəfə oxundu
13 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.506 dəfə oxundu
14 Hal-hazırda Cənnət və Cəhənnəm var? 01.03.13 2.675 dəfə oxundu
15 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.669 dəfə oxundu
16 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.990 dəfə oxundu
17 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 3.854 dəfə oxundu
18 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 2.536 dəfə oxundu
19 Hud 106-108-ci ayələrə əsasən Cənnət və Cəhənnəmin bir axırı var? 21.12.13 1.728 dəfə oxundu
20 Balaca vaxtı ölənlər Cənnətdə də o cür qalacaqlar? 18.05.14 1.825 dəfə oxundu
21 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 3.874 dəfə oxundu
22 İnsan öləndən sonra bəzi əməlləri yazılmağa davam edir? 25.01.14 2.066 dəfə oxundu
23 Ölüyə Quran tapşırmaq 11.03.11 22.665 dəfə oxundu
24 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 2.204 dəfə oxundu
25 Ölüm əsnasında insanın cənnətlik və ya cəhənnəmlik olduğu bilinirmi? 13.11.15 1.435 dəfə oxundu
26 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 3.069 dəfə oxundu
27 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 3.105 dəfə oxundu
28 Böyük günah törədən mütləq surətdə Cəhənnəmə vasil olacaq? 08.02.15 1.312 dəfə oxundu
29 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 2.934 dəfə oxundu
30 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 2.097 dəfə oxundu
31 Cənnətin altından çayların axdığını nə cür başa düşmək lazımdır? 25.05.15 1.323 dəfə oxundu
32 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 1.971 dəfə oxundu
33 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 2.483 dəfə oxundu
34 Meyyit namazında: “Haqqımı halal etmirəm” deməyin hökmü nədir? 28.05.15 1.339 dəfə oxundu
35 Qiyamət günü Allah Təala kimlərə kömək edəcəkdir? 19.02.16 1.065 dəfə oxundu
36 Qurana əsasən insan öldüyü vaxt güclü ağrı hiss edir? 27.02.12 5.510 dəfə oxundu
37 Cənnətin içində birdən artıq cənnət varmı? 29.08.16 667 dəfə oxundu
38 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 2.605 dəfə oxundu
39 İnsan öldüyü vaxt şeytan imanını almaq üçün gəlir? 26.01.11 2.929 dəfə oxundu
40 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 770 dəfə oxundu
41 Axirətdə kim dünyada 1 gün, ya da daha az qaldığını güman edəcək? 29.08.14 1.443 dəfə oxundu
42 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.891 dəfə oxundu
43 “Hüzurumuza ilk yaratdığımız kimi gəldiniz” ayəsini necə başa düşəcəyik? 03.07.17 256 dəfə oxundu