Müsəlmanlar

Borc verən adam ölərsə, həmin borc onun mirasçılarına qaytarılmalıdır?

Sual: Bir adam başqa birinə borclansa və bir müddət sonra borclandığı adam ölsə, borclanan şəxs borcunu ölən adamın yaxınlarına ödəmək məcburiyyətindədirmi?

Cavab: Bir adam birinə borclu olduğu zaman, borcunu alacaq adam ölərsə, borclu həmin borcunu ölənin mirasçılarına, yəni, yaxınlarına ödəməlidir. Bunun tərsi də belədir. Əgər borclanan şəxs ölmüş olarsa, onun borcunu, yaxınları özlərinə düşən miras payından ödəməlidirlər. Əgər verməzlərsə ya da belə şeydən xəbərimiz yoxdur deyə inkar edərlərsə, borcu alacaq olan adam iki adil şahid gətirməlidir. Ancaq borcun miqdarı varislərə düşən miras miqdarından artıq olarsa, artıq olanı varislər (yaxınları) ödəmək məcburiyyətində deyillər.

Bilavasitə, hər iki tərəf borc məsələsində Allah qatında böyük məsuliyyət daşıyır. Çünki, bu borcdan ölənin yaxınlarının xəbəri olmasa da Allah, kimin kimə borclu olduğunu yaxşı bilir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

Varislər ölünün borclarını qaytarmalıdırlar?

http://www.muselmanlar.com/fitvalar/6183.html

Borc verdikdə şərtləri nə cür müəyyənləşdirməliyik?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []