Ölmüş vəlilərin ruhları qınından çıxmış qılınc kimidir?
Müsəlmanlar > Fitvalar > Ruh Tarix: 17 Mart 2015 Tövsiyə et Çap et
Sual: Ölmüş Allah dostlarının, yaşayan insanlara yuxuda təlim keçdiklərini deyirlər. Bu iddialarına Zümər surəsinin 42-ci ayəsini dəlil gətirirlər. Sizcə bu nə dərəcədə doğrudur?

Cavab: İnsanlardan bir çoxu ağıllarına gələn hər hansı bir fikrə Qurandakı ayələrdən dəlil gətirmək üçün عِوَجً” “ivəc”[1] yoluna baş vururlar. Yəni, oxşarlıqlardan yola çıxaraq əyrini düz göstərməyə çalışırlar. İslamdan əvvəlki din xadimləri də bu yola baş vurmuşdular. Məsələn, ruhla əlaqədar deyilənlər: Ruhlar ölmür. Ölmürsə bizə kömək edir, yuxuda bir şeylər öyrədir, cihada qatılır, məktəblər açır, orada iştirak edir, və s. Halbuki, Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin ruhunu tutub saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.” (Zümər 39/42)

Allah ayədə “ruhu tutub saxlayır”- deyir. Siz necə gətirirsiniz? Hətta təriqətçilər, şeyxləri öldüyü zaman əsl təsirini göstərməyə başlayır və “ruhu qınından çıxmış qılınc kimi olur”- deyirlər.

Təəssüf ki, insanlar ən çox dinləri istismar edilərək yoldan çıxarılırlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6158.html

http://www.muselmanlar.com/fitvalar/5210.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.



[1] Əymək, bükmək (gözlə görülməyən)

[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
941 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bizim ölü qohumlarımızın ruhları yanımıza gələ bilər? 17.01.10 3.481 dəfə oxundu
2 Ölən şəxsin ruhunun bədəni ilə əlaqəsinin izahı 28.03.13 2.160 dəfə oxundu
3 İnsan öldükdə ruhla bədənin əlaqəsi yerli-dibli kəsilir? 27.08.12 2.584 dəfə oxundu
4 Ruhlar və səmanın qapılarının açılıb açılmaması məsələsi 23.03.13 1.655 dəfə oxundu
5 Ölmüş vəlilərin ruhları qınından çıxmış qılınc kimidir? 17.03.15 941 dəfə oxundu
6 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 344 dəfə oxundu
7 İnsanla heyvan arasındakı fərq nədir? 15.01.18 552 dəfə oxundu
8 İnsanların ruhları hələ də bizimlə bərabərdirmi? 25.03.19 139 dəfə oxundu