Müsəlmanlar

Səmimi olaraq edilən hər dua qəbul edilirmi?

Sual: İnsan çox arzuladığı bir şeydə səmimi olsa və bu səmimiyyətini isbat etsə, Allah ona o arzu etdiyi şeyi verirmi?

Cavab: Bir dəfə bunu bilməliyik ki, Allah bizi hər bir şeydə imtahan edəcəkdir. Bunda şübhə yoxdur. Bir insan, nə qədər yalvarırsa yalvarsın, yalvardığı şeyi Allah verənə qədər ya da verdikdən sonra imtahana tabe tutulacaqdır. İmtahansız və mübarizəsiz heç bir şey əldə edilməz ya da əldən getməz.

Çalışmadan alnınızı 24 saat səcdədən qaldırmadan, dua edərək dayanmaqla heç bir şey əldə edə bilməzsiniz. Dua edəcəksiniz, ancaq bu kifayət deyildir. Qəbul olunacaq duanın şərtləri vardır. Qəbul olunmayacaq dualar isə heç bir şərtdə və şəraitdə yerinə yetirilməz. Bir də bunun bilinməsi lazımdır ki, dualardakı xeyr və şər ölçüləri, duaların qəbul edilib edilməməsinə bağlı deyil, duadakı niyyət, əqidə və istəmə üsuluna bağlıdır. Bunu Allah Bəqərə surəsinin 200 və 202-ci ayələrində belə izah edir:

“…İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.”

Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6038.html

http://www.muselmanlar.com/fitvalar/3578.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.