Müsəlmanlar

Səcdə nəyin üzərinə ediləcək?

Sual: Şiələr, biz səcdəni təmiz, müqəddəs toprağın üzərinə edirik və bu səbəblə özümüzlə möhür gəzdiririk” – deyirlər. Bu səbəblə xalçanın, taxtanın və bir çox maddənin üzərində səcdə etməyi caiz görmürlər. Onların bu fikri nə dərəcədə doğrudur?

Cavab: Bu nə peyğəmbərin, nə səhabələrinin, nə də əhli beyt imamlarının etmədiyi, sonradan şiələr tərəfindən uydurulan bir bidətdir. Cəhalət artdıqca, (istisnasız bütün məzhəblər içərisində) bidətlər və şəkilçilik ön plana çıxmışdır.

Xalçaya, taxtaya, möhürə, dəmirə, daşa, torpağa səcdə edilmir! Əsas məsələ təmiz hərhansı bir yerdə Allah üçün səcdə edilməsidir. Allah Təala, bizə;  “لَهُ يَسْجُدُونَ = səcdə edin”– dediyi zaman səcdə ediləcək hər hansı bir yerin cinsi deyil, səcdənin fiziki, mənəvi forması nəzərdə tutulur. Yəhudiləşmə təmayülünə düşənlər isə, əsl mətləbdən yayınaraq: “Nəyin üzərinə, necə, əllər necə tutulacaq, səcdədə burun da dəyəcəkmi, arxada ayaqlar necə olacaq?”– deyə, mübahisə çıxarır və müsəlmanları bir-birindən ayırırlar. Bəziləri də bunların ixtilaflarına baxıb namazlarını tərk edir. Bu eynilə yəhudilərə verilən inək misalına bənzəyir: Yəhudilərə inək kəsin deyildiyi zaman onlar, “necə bir inək, dişi yoxsa erkək, rəngi, yaşı və s. necə olacaq?”– deyə problem çıxardılar. Bu günün müsəlmanları da çox şeydə belədir.

Bu barədə hər hansı bir hədisi, ayəni dəlil gətirməyi də lüzum görmədim. Çünki, belə problemləri müsəlmanların arasından qaldırmaq üçün hədis kifayət deyil, hətta yuxarıdakı kimi ayə belə gətirsək xeyri yoxdur. Problemin həlli üçün; Allahın kitabı xaricində müqəddəsləşdirilən şeyləri qaldırmaq və yəhudiləşmiş zehniyyətdən xilas olmaq lazımdır.

Suala cavab verdi: Aydın Mülayim

Buna bənzər digər yazılarımızı bu linkdən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6142.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.