Müsəlmanlar
Günah iş görən insanlar Allaha şərik qoşmuş olurmu?

Günah iş görən insanlar Allaha şərik qoşmuş olurmu?

Sual: Adəm əleyhissəlam və Şeytan nümunəsində Adəm şirkdən xilas olur, ancaq İblis günahına əhəmiyyət verməyərək müşrik olur. Yəni belə desək; edilən hər günah şirkdir. Lakin günahdan sonrakı davranış nəzərə alınaraq hökm verilməlidir. Bu ifadələr doğrudurmu?

Günah iş görən insanlar Allaha şərik qoşmuş olurmu?

Adəm əleyhissəlam və Şeytan nümunəsində Adəm şirkdən xilas olur, ancaq İblis günahına əhəmiyyət verməyərək müşrik olur. Yəni belə desək; edilən hər günah şirkdir. Lakin günahdan sonrakı davranış nəzərə alınaraq hökm verilməlidir. Bu ifadələr doğrudurmu?

Cavab: Xeyr. Doğru deyil. Adəm və İblisin əmrə itaətsizliyi mövzusunda elədikləri günah eynidir. Bunda problem yoxdur. Ancaq iki günah arasında diqqət edəcəyimiz əsas fərqlər bundan ibarətdir:

Allah Təala İblisin müdafiəsini istəyərək dedi ki; “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis də: “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın”- dedi. (Əraf 7/12).

Burada İblis, əmri bəyənməyərək, onun səhv olduğunu deyir. Bir növ Allahın əmrini müzakirəyə qoyub, özünü ilahlaşdırır. İblisi şirkə götürən də elə bu düşüncəsi və rəftarıdır.

Adəm və Həvvanın günahına gəlincə; Allah Təala bunlara da elədikləri günahın səbəbini soruşur: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?” Adəm və Həvva: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik…” (Əraf 7/22-23). Yəni, “ya Rəbbi! Sənin dediyin doğrudur, biz xəta etdik, günah işlədik”- dedilər. Burada öz günahlarına haq qazandırmaq üçün, Allahın əmrini bəyənməməkdən və əmri müzakirəyə qoymaqdan söhbət gedə bilməz. Bu səbəblə elədiyi günahı qəbul edən insanın elədiyi günah şirk olmaz. Günah saymayan insanın elədiyi isə şirk olur. Bilavasitə, Allahın bu mövzudakı hökmünü, hakimiyyətini qəbul etməyərək, özünü yeni bir qanun qoyucu yəni, ilah olaraq görür.

Nəticə olaraq, insanın elədiyi hər günah onu müşrik etməz. Əsas olan o günaha baxış tərzinizdir. Əgər günah sayırsansa, günahkar olursan. Yox əgər, günah saymırsansa müşrik olursan.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Bu mövzuyla əlaqədar digər linklərimizə də müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6152.html

http://www.muselmanlar.com/fitvalar/6088.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.



[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []