Müsəlmanlar
Kirayədəki əmlakın zəkatı nə cür verilməlidir?

Kirayədəki əmlakın zəkatı nə cür verilməlidir?

Sual: Kirayəyə verilmiş evlərin zəkatı həmin evlərin öz dəyərindən, yoxsa il ərzində gətirdiyi kirayə gəlirindən verilməlidir?

Cavab: Kirayəyə verilmiş ərazi, torpaq sahəsi və digər daşınmaz əmlakın zəkatını onların mülk dəyərini (qiymət) hesablayıb vermək lazım deyil. Bunların gətirdiyi illik gəlirin nisab miqdarına ((85 qram qızıl və ya bunun dəyərində pul, yaxud mal.)) çatması və digər şərtlərin də həyata keçməsi halında ilin axırında 2,5 % zəkatı verilməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.