- Müselmanlar - http://www.muselmanlar.com -

Namazda əlin vəziyyəti (!)

Cavab: Namaz qılan biri, əllərini bağlamalımı, yoxsa yanlara salmalımı? Bu sual saytımıza ən çox gələn suallar arasındadır. Buna bənzər verilən sualların əsl səbəbi; müsəlmanların  özlərindən əvvəlki dinin mənsubları kimi, məsələnin əsl mahiyyətindən kənara çıxıb, şəkilçiliyə, təfərrüata meyl etmələrindən qaynaqlanır. Bunu deməklə, insanların dinləri haqqında təfərrüata girməmələrini deyil, onları bir araya gətirən dinin əsaslarını unudub, təfərrüat səbəbiylə parçalanmamaları, bir-birilərinə düşmən olmamalarını ifadə etmək istəyirik.

İndi sualınıza qayıdaq. Mən bu sualı belə bir misalla cavablandırmağı uyğun gördüm, bəlkə bu cür sualları verənlər işin mətləbini başa düşərlər: Peyğəmbərimizə Quranı oxumaq, təbliğ etmək əmr edilmişdi. O da bunu yerinə yetirdi. Ondan alacağımız əsl nümunə də Quranı oxuyub, başa düşüb, başqalarına təbliğ etməkdir.

Ancaq sonra gələn müsəlmanlar belə desəydilər; “Peyğəmbərimiz Quranı ayaq üstə oxumuş, siz də ayaq üstə oxuyacaqsınız”, digərləri yox, “O, oturaraq oxumuşdur” bir başqası “yataraq oxumuşdur”– desəydilər, bunlara nə qiymət verərdiniz?

İndi mən də “namazda əllərin vəziyyəti” misalından yola çıxaraq sizə: Peyğəmbərimiz ayaqda namaz qılanda, “əllərini göbəkdən aşağıda bağlamışdır”, “əllərini yanına salmışdır”, ya da “əllərini sinə üstündə tutmuşdur”- mübahisəsinə qatılaraq hansını yazım…?

Suala cavab verdi: Aydın Mülayim.

Namaz barədə ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

Quranda dəstəmazın və namazın şərtləri nələrdir? [1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [2] © 2004 Bütün hüquqları qorunur.