Müselmanlar
Öz roluna əsasən Allaha şərik qoşan həqiqətdə də şərik qoşmuş hesab olunur?

Öz roluna əsasən Allaha şərik qoşan həqiqətdə də şərik qoşmuş hesab olunur?

Sual: Bəzi filmlərdə müsəlman aktyor və aktrisalar öz rollarına əsasən Allaha şərik qoşurlar. Bu insanlar həqiqətdə də Allaha şərik qoşmuş hesab edilirlər, yoxsa yox?

Cavab: Əgər bu insanların əsl məqsədi şirkin (Allaha şərik qoşmaq) pis bir günah olduğunu göstərməkdirsə, eybi yoxdur. Çünki bu halda onlar inanaraq şərik qoşmurlar, belə etməklə bu günahın nə dərəcədə ağır bir günah olduğunu göstərirlər.

Məlumdur ki, bir filmin tamaşaçıları o filmdə oynadıqları rollara əsasən evlənən insanları həqiqətdə də evli hesab etmirlər.

Filmdə öz roluna əsasən başqa birini öldürən şəxs də real həyatda qatil hesab edilmir; çünki o, digərini həqiqətən deyil, filmdə öldürür.

Sizin sualınızda qeyd etdiyiniz məqam da bunun kimidir. Onlar həqiqətdə müşrik sayılmırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu sualla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/1224.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin