Müsəlmanlar

Oğurluq malı bilə-bilə almaq olar?

Sual: Bir malı oğurluq olduğunu bilə-bilə almaq olar? Bu, dini cəhətdən məqbuldur?

Cavab: Xeyr, oğurluq bir malı almaq olmaz. Çünki həmin mal onu satan adamın deyil. Əlavə olaraq, bir insan özünə aid olmayan bir şeyi sata bilməz.

Lakin əgər həmin malın oğurluq olduğunu bilmirsinizsə, yəni, bu barədə heç bir məlumatınız yoxdursa, onu satın ala bilərsiniz.

Əgər malın oğurluq olduğu sonradan üzə çıxsa, siz malı yiyəsinə verməli, satın aldığınız adamdan da malın haqqı nədirsə, onu almalısınız.

Bu məsələdə ümumi qayda budur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.