Müsəlmanlar
Buğləm sözü barədə məlumat

Buğləm sözü barədə məlumat

Sual: Buğləm nə deməkdir? Oxuduğum bir romanda belə bir söz var idi. Uşaqlara Buğləm adı qoymaq olar?

Cavab: İnternet şəbəkəsində – müxtəlif saytlarda qeyd edilir ki, Buğləm adının mənası Cənnətdən xəbər verən mələk deməkdir. Lakin bu məlumatı elmi cəhətdən əsaslandırmaq mümkün deyil. Müxtəlif saytlarda bu sözün Ərəb mənşəli olduğu bildirilsə də, biz klassik və müasir Ərəb dili lüğətlərindən onun mənşə və mənasını müəyyən edə bilmədik.

Əvvəllər də müxtəlif adlar barədə dəfələrlə qeyd etdiyimiz kimi, sizə həm milli-mənəvi dəyərlərimizə, eləcə də, bu sahədəki ənənələrimizə sadiq qalıb münasib adlar tapmağınızı məsləhət görürük.

Bəzi internet saytları heç bir elmi mənbə göstərmədən-əsaslandırmadan, necə deyərlər, qulaqdan dolma məlumatlarla çıxış edirlər. Həmin saytlar yüzlərlə ad haqqında: “Cənnətdə bir mələk”, “Cənnətə düşən ilk yağış damcısı”, “Cənnətdə filan şey” və sairə kimi mənalar qeyd edirlər. Sizə həmin saytlara etibar etməməyinizi də tövsiyə edirik.

Zəhmət olmasa, uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.