Müselmanlar
Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi?

Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi?

Sual: Təzədən dirilmə gününə qədər Allah tərəfindən möhlət verilən təkcə İblisdir, yoxsa möhlət verilən başqaları da var? Misal üçün, Cəbrail əleyhissəlama da möhlət verilib?

Cavab: Quranda bu məsələ ilə əlaqədar ayədə cəm forması işlədilmişdir:

“Allah dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən.” (Hicr, 15/37)

Bu da onu göstərir ki, tək bir möhlət verilən deyil, möhlət verilənlər var. Cəbrail əleyhissəlam onlardan biri ola bilər. Başqa mələklər də ola bilərlər. Mən Cəbrailin olma ehtimalını düşünürəm.

Əslində müvafiq ayələrdən belə bir nəticə çıxır ki, mələklər də, cinlər də ölümlüdürlər. Məhz buna görə İblis Allaha: “Mənə Qiyamətə qədər möhlət ver, məni yaşat”, – dediyi vaxt başqa möhlət verilənlərlə birgə olmağı düşünür. Belə bir şeyi haqq-hesab edir. Ayədə isə deyilir ki, artıq sən də onlarla birlikdəsən, sən də onlardan (möhlət verilənlərdən) birisən.

Eynilə digər ayədə olduğu kimi. Orada deyilir ki, İblis üz döndərdi, təkəbbür göstərdi və kafirlərdən oldu. Deməli, ondan əvvəl də cinlərdən kafir olanlar var idi.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin