Müsəlmanlar

Cinsiyyətini dəyişdirənlərin cəzası ölüm olmalıdır?

Sual: Son günlərdə xəbərlərdə deyildi ki, cinsiyyətini dəyişdirən bir şəxs intihar edib. Deyildi ki, ona bəzi təzyiqlər olub. Bəziləri də dedilər ki, belə insanları öldürmək və ya sürgünə sürmək lazımdır. Bu cür fikirlər nə dərəcədə düzgündür? Bu kimi insanlar barədə nə etmək lazımdır?

Cavab: Bizim kimi isə öldürmək kimi bir öhdəliyimiz yoxdur; belə bir şey ola bilməz! Bir insan ancaq və ancaq qəsdən adam öldürdüyü təqdirdə öldürülür, o da müəyyən şərtlərdən asılı olaraq!

Sualınızda qeyd etdiyiniz şəxs hər kimdirsə, nə edibsə, özünə qarşı edib. Biz bu kimi şəxslərə ancaq və ancaq öyüd-nəsihət verib onları həmin yoldan çəkindirməyə çalışa bilərik. Biz onlara sadəcə olaraq tövbə edib bağışlanma diləməli olduqlarını deyə bilərik.

Biz həmin insanları necə deyərlər, diriltməyə çalışmalıyıq. Bəli, onlar bir səhv ediblər; nəfslərinə məğlub olublar… Lakin bu, o demək deyildir ki, onlar məhv edilməlidir!

Allaha qarşı ən böyük günahı törədənlər belə, tövbə etdikləri təqdirdə bağışlanırlar. Onların üzünə əfv qapısı açıqdır.

Odur ki, cinsiyyətini dəyişdirən insanlar haqqında: “Bunlar öldürülməlidir, asılmalıdır, sürgünə göndərilməlidir” və sairə kimi şeylər demək olmaz!

Əksinə, o insanı həmin vəziyyətə salan hisləri öldürmək lazımdır. Bu isə əslində onun dirildilməsi, canlandırılması deməkdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/homoseksualliq

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də nəzər salın:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.