Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 07 Ocak 2015 Tövsiyə et Çap et
Sual: Mən bu yaxınlarda gəzmək üçün 14 günlüyə Türkiyəyə getmişdim. Başda İstanbul olmaqla, bir neçə şəhərdə oldum, o cümlədən, müxtəlif tarixi yer və məscidləri görüb gəzdim. Orada bir şey müşahidə etdim: Cümə günü namazın vaxtını təqribən 45-55 dəqiqə qabağa çəkirlər. Buradakı məqsəd budur ki, dövlət və qeyri-dövlət sektorunda işləyənlər nahar fasiləsinə çıxdıqları vaxt Cümə namazına çata bilsinlər. Belə etməkdə dini cəhətdən bir eyib var, yoxsa bu, düzgündür?

Cavab: Cümə namazını əsr (ikindi) namazının vaxtı daxil olana qədər qılmaq mümkündür. Əgər həmin şəxslər məscidlərə gedib Cümə namazının xütbəsinə qulaq asır və 2 rükət fərz (vacib) namazı qılırlarsa, bunda heç bir problem yoxdur.

Qeyd edək ki, bu, Türkiyə və digər müsəlman ölkələrində həmişə həyata keçirilən bir şey deyil; ilin fəsillərindən, daha dəqiq desək, zöhr (günorta) namazının vaxtının hansı saata təsadüf etməsindən asılıdır. Çünki sizə də məlum olduğu kimi, zöhr namazının vaxtı mövsümlərdən və bölgələrdən (şəhər, qəsəbə, kənd və sairə) asılı olaraq dəyişir; sabit bir vaxtı yoxdur.

Bir sözlə, bu məsələdə dini cəhətdən bir eyib yoxdur.

Cümə namazı ilə əlaqədar ətraflə məlumat üçün aşağıdakı keçidə nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
965 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 924 dəfə oxundu
2 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.568 dəfə oxundu
3 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.628 dəfə oxundu
4 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.402 dəfə oxundu
5 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.704 dəfə oxundu
6 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.155 dəfə oxundu
7 Qadınlar və Cümə namazı 26.03.10 7.031 dəfə oxundu
8 Dəlillərlə Cümə namazı 12.02.10 6.537 dəfə oxundu
9 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.950 dəfə oxundu
10 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.857 dəfə oxundu
11 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.613 dəfə oxundu
12 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.263 dəfə oxundu
13 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.903 dəfə oxundu
14 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.393 dəfə oxundu
15 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.793 dəfə oxundu
16 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu
17 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.745 dəfə oxundu
18 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.803 dəfə oxundu
19 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 889 dəfə oxundu
20 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.729 dəfə oxundu
21 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.123 dəfə oxundu
22 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.367 dəfə oxundu
23 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.724 dəfə oxundu
24 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.025 dəfə oxundu
25 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.834 dəfə oxundu
26 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.549 dəfə oxundu
27 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.631 dəfə oxundu
28 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.371 dəfə oxundu
29 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 965 dəfə oxundu
30 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.752 dəfə oxundu
31 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.859 dəfə oxundu
32 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 799 dəfə oxundu
33 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.399 dəfə oxundu
34 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.746 dəfə oxundu