“Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir?
Müsəlmanlar > Fitvalar > Quranda peyğəmbərlər Tarix: 03 Ocak 2015 Tövsiyə et Çap et
Sual: Muhəmməd əleyhissəlamın anadan olma gününü bilavasitə ibadət halına gətirənlərin İsa əleyhissəlamın anadan olma gününü qeyd edənlərə qarşı çıxmaları bir ziddiyyət deyilmi?

Cavab: Çox gözəl bir sualdır. Əslində cavabın yarısını sual özü cavablamaqdadır. Müsəlmanlar, Xristiyanların İsa əleyhissəlamın anadan olma günü münasibətiylə qeyd etdikləri “yeni il” bayramlarına qarşı çıxırlar. Ancaq özləri Muhəmməd əleyhissəlamın anadan olma günü münasibətiylə “mövlud qəndili” keçirirlər. Əlbəttə bu bir ziddiyyətdir. Müsəlmanlar sanki bir peyğəmbər yarışdırma havasıyla, xristiyanların İsaya verdikləri xüsusiyyətlərin oxşarlarını uydurduqları mübarək gecələrində misralara tökərək Muhəmməd əleyhissəlama verməkdədirlər. Qurandan və peyğəmbərlərin həqiqi xüsusiyyətlərindən xəbərsiz müsəlmanların bir qismi xristiyanların uydurduqları yeni ili, digər qismi də müsəlmanların uydurduqları mövlüd qəndilini qeyd etməkdədirlər. Halbuki, nə səhabə nə tabiin nə də ondan sonra gələnlər -Allahın elçisini günümüz insanlarından çox sevdiklərinə baxmayaraq- belə bir şey etməyiblər.

Mövlud qəndili ilk dəfə hicri 4-5 əsrlərdə Fatimilər tərəfindən ortaya çıxarıldı. Bir neçə əsr sonra sünnilərə Əyyübilər  şahzadəsinin toy mərasimində keçmiş  və yayılmaya başlamışdır. Mövlud keçirmənin xoş bir hal olduğu bəzi İslam alimlərinə isnad edilir ki, bu isnadların da çoxu əsassızdır. Bir də hər bir müsəlman bunu yaxşı bilməlidir ki; dinimizin əsasını alimlər deyil, Allahın kitabı və elçisinin bu kitabdan çıxardığı tətbiqatları təşkil edir. Allah kitabında: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.” (İsra, 17/36.)

Bu barədə ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edin:

http://www.muselmanlar.com/fitvalar/422.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş

Etiketlər:

1.531 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İdris peyğəmbər 12.04.12 1.965 dəfə oxundu
2 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.041 dəfə oxundu
3 İdris peyğəmbər 23.01.13 1.769 dəfə oxundu
4 Nuh peyğəmbər 08.06.13 2.315 dəfə oxundu
5 Yusif peyğəmbər 27.10.13 3.493 dəfə oxundu
6 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.202 dəfə oxundu
7 Adəm peyğəmbər 26.06.09 4.621 dəfə oxundu
8 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.531 dəfə oxundu
9 Hud peyğəmbər 26.06.09 3.070 dəfə oxundu
10 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 447 dəfə oxundu
11 Saleh peyğəmbər 26.06.09 2.807 dəfə oxundu
12 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 488 dəfə oxundu
13 Lut peyğəmbər 26.06.09 3.759 dəfə oxundu
14 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 180 dəfə oxundu
15 İsmail peyğəmbər 26.06.09 3.369 dəfə oxundu
16 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 216 dəfə oxundu
17 İshaq peyğəmbər 26.06.09 3.027 dəfə oxundu
18 Yaqub peyğəmbər 26.06.09 2.444 dəfə oxundu
19 Eyyub peyğəmbər 26.06.09 2.373 dəfə oxundu
20 Davud peyğəmbər 26.06.09 3.381 dəfə oxundu
21 İbrahim peyğəmbər 12.04.10 4.519 dəfə oxundu