İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir?
Müsəlmanlar > Fitvalar > Qəza-qədər Tarix: 22 Aralık 2014 Tövsiyə et Çap et
Sual: Quranın Loğman surəsinin 34-cü ayəsinə əsasən Allah sabah bizim başımıza nə gələcəyini bilir. Belə olan halda: “Bizim taleyimiz əvvəlcədən müəyyən olunub” demək olar? Həmin ayədən belə bir nəticə çıxarmaq mümkündür?

Cavab: Məlumunuz olduğu kimi, mən universitetdə müəllim işləyirəm. Tutalım ki, siz də mənim tələbələrimsiniz və sabah imtahan keçiriləcək. İmtahanda sizdən hansı sualları soruşacağımı bilə bilərsiniz? Xeyr! Ancaq mən bunları bilirəm. Sualları əvvəlcədən hazırlamışam axı!

Elə isə Allah Təala sabah deyil, ömrümüzün axırına qədər soruşacağı sualları indidən hazırlamış ola bilər. Bu, imtahan deyil ki! Bədr döyüşündə olduğu kimi.

Əsl imtahan bizim o əsnada, o vaxt nə edəcəyimizlə əlaqədardır. Biz insanlar elmi bilikdən imtahan götürürük. Çünki tələbələrin nə bilib bilmədiklərini bilmirik; onlardan imtahan götürməklə bunu öyrənməyə və biliklərini ölçməyə çalışırıq.

Allah isə belə etmir; bilikdən imtahan etmir. Başımıza gələn hadisələrin qarşısında nə cür rəftar etdiyimizə baxır, reaksiyalarımızı ölçür. Deməli, Allah Təala bu imtahanın ssenarisini əlbəttə ki, qabaqcadan hazırlayır. Lakin əsl imtahan bu deyil. Əsl imtahan həmin ssenari daxilində öz rolumuzu oynadığımız vaxt müvəffəq olub olmamağımızla əlaqədardır. İmtahan budur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.444 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.670 dəfə oxundu
2 Cəhmiyyə 27.02.12 1.805 dəfə oxundu
3 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.289 dəfə oxundu
4 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 941 dəfə oxundu
5 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.444 dəfə oxundu
6 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.795 dəfə oxundu
7 Qəza-qədər məsələsi 24.02.13 4.080 dəfə oxundu
8 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.727 dəfə oxundu
9 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.483 dəfə oxundu
10 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.942 dəfə oxundu
11 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.105 dəfə oxundu
12 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 993 dəfə oxundu
13 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi? 02.02.15 1.229 dəfə oxundu
14 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 982 dəfə oxundu
15 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 976 dəfə oxundu
16 Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə? 18.06.18 363 dəfə oxundu
17 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.699 dəfə oxundu
18 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 111 dəfə oxundu