Oğruya tətbiq olunan əlkəsmə cəzası məcazidir, yoxsa həqiqi?
Müsəlmanlar > Cəzalar > Fitvalar Tarix: 05 Aralık 2014 Tövsiyə et Çap et
Sual: Quranın Maidə surəsinin 38-ci ayəsində deyilir ki, oğurluq edən kişi və qadının əllərini kəsin. Burada oğurluğa görə tətbiq olunan əlkəsmə cəzası həqiqidir, yoxsa məcazi?

Cavab: Bu cəza həqiqi bir cəzadır. Qurana əsasən bu cəza müəyyən şərtlər daxilində tətbiq olunmalıdır; yəni, oğrunun əli kəsilməlidir.

Bu cəzaya məcazi deyənlərin öz mal-mülkü oğurlansa, belə deməzlər. Əksinə, oğurluq edənlərin məhv edilməsini tələb edərlər.

Quranın bu əmrləri cəmiyyətə güclü dərəcədə təsir edir. Mən vaxtilə uzun bir müddət Osmanlı dövrü məhkəmə qeydləri üzərində işlədim. 21 il ərzində Osmanlı Dövlətinin dövründə baş verən kriminal hadisələrlə əlaqədar məhkəmə arxivlərində tədqiqat apardım. Nəticədə o dövrü çox yaxından tanımaq imkanı əldə etdim. Bir şeyi müşahidə etdim:

Oğurluğa görə verilən əlkəsmə cəzası çox nadirdir, əli kəsilənlərin sayı da çox deyil. Bunun səbəbi bu cəzanın cəmiyyət üzərində təsiri və insanları bu bəd əməldən uzaq tutmağıdır.

1453-cü ildən (İstanbulun fəthi) şəriətin ləğv edilməsinə (1924-cü il) qədərki dövrdə oğurluq halları da çox az baş verib. Hətta İstanbul məhkəmələrinə dair tarixi sənədlərdə bir nəfərin belə, əlinin kəsildiyi ilə əlaqədar məlumat xatırlamıram. Çünki bu cəza insanların oğurluq əməlinə cürət etmələrinə mane olurdu, onların qarşısını kəsirdi.

Qurana baxdıqda Yusif peyğəmbərin əhvalatını da görürük. O, doğma qardaşı Bünyamini öz yanında saxlamaq məqsədilə necə deyərlər, bir ssenari hazırlamışdı. O dövrdə oğurluq edən şəxsi həbs edirdilər. Tutub saxlayırdılar. Cəza bundan ibarət idi, hökm belə idi.

Bu misalla demək istəyirəm ki, mal-mülk çox vacib bir şeydir.

Hal-hazırda əlimdə plastik şüşədə su var. İndi suyu rahatlıqla əldə edirik. Su qıtlığı olduqda isə vəziyyət dəyişir. Bir şüşə su ən qiymətli mala və həyatımızı xilas edən bir amilə çevrilir.

Odur ki, əgər sizin mal-mülkünüz olmasa, yaşaya bilməzsiniz. Deməli, sizin malınıza olan qəsd əslində canınıza edilən qəsddir. Fərz edin ki, bir cəmiyyətdə mal-mülk təhlükəsizliyi yoxdur. Siz elə bir mühitdə yaşaya bilərsinizmi? Əlbəttə, yaşaya bilməzsiniz. Elə isə mal-mülkə edilən qəsd çox ağır bir hadisədir. Əgər Allah Təala belə bir hökm veribsə, təbii ki, bunun bir hikməti var.

Hərçənd oğruların bu cəzadan xilas ola bilmələri də mümkündür. Əgər tutulmadan oğurladığı şeyi gətirib təhvil versə, cəza ona tətbiq olunmur. Bir şeyi oğurladıqdan sonra bunu etiraf etsə və malı qaytarsa, ona bu halda da əlkəsmə cəzası verilmir. Ona cəza olaraq oğurladığı şey ikiqat ödətdirilir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/4824.html

http://www.muselmanlar.com/fitvalar/4130.html

http://www.muselmanlar.com/fitvalar/4128.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.286 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Özünümüdafiə zəminində adam öldürən şəxs diyət (qanbahası) ödəməlidirmi? 06.03.14 1.579 dəfə oxundu
2 Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir? 20.09.11 1.655 dəfə oxundu
3 Cinsiyyətini dəyişdirənlərin cəzası ölüm olmalıdır? 12.01.15 1.625 dəfə oxundu
4 Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi? 02.04.18 455 dəfə oxundu
5 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 4.070 dəfə oxundu
6 Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır? 13.12.11 4.471 dəfə oxundu
7 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.135 dəfə oxundu
8 Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi? 04.05.18 158 dəfə oxundu
9 Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir? 02.04.10 2.817 dəfə oxundu
10 Peyğəmbərin dövründə oğruların əlini kəsirdilər? 14.12.11 1.676 dəfə oxundu
11 Qurana görə terorçulara necə bir cəza verilməlidir? 17.04.15 1.225 dəfə oxundu
12 Bir cinayət davasında iki cinayətkar iştirak edərsə, cəza hansına verilir? 20.07.18 83 dəfə oxundu
13 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.262 dəfə oxundu
14 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 3.060 dəfə oxundu
15 Quranda keçən hədd cəzaları hansı şərtlərdə tətbiq edilə bilər? 09.05.16 731 dəfə oxundu
16 Şəriət ilə Sünnətullah arasındaki fərq nədir? 30.11.18 60 dəfə oxundu
17 Quranda İsrail oğullarına verilən cəzalar barədə nə deyilir? 10.06.10 1.785 dəfə oxundu
18 Qonşunun pəncərəsini qəsdən qıran şəxsə nə kimi bir cəza verilməlidir? 20.12.11 1.673 dəfə oxundu
19 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.592 dəfə oxundu
20 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 2.168 dəfə oxundu
21 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.803 dəfə oxundu
22 Firon və ailəsi hal-hazırda qəbir əzabı çəkirmi? 19.06.15 1.320 dəfə oxundu
23 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 5.092 dəfə oxundu
24 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.856 dəfə oxundu
25 Şəriətə görə namaz qılmayanın cəzası ölümdür? 15.08.16 984 dəfə oxundu
26 Quran və anaxronizm 05.07.09 2.044 dəfə oxundu
27 Oğurluğa görə əl kəsmə cəzası hansı şərtlər daxilində tətbiq olunur? 26.06.12 1.813 dəfə oxundu
28 Qan davasının İslam dinindəki hökmü nədir? 03.10.16 558 dəfə oxundu
29 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.264 dəfə oxundu
30 Subay əsir bir qadın zina edərsə, onun cəzası nə olmalıdır? 17.10.15 924 dəfə oxundu
31 Bir insanı qəsdən öldürənin tövbə etmək imkanı varmı? 05.10.16 528 dəfə oxundu
32 İslam dinində içki içməyin dəqiq bir cəzası var? 19.01.11 2.491 dəfə oxundu
33 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 7.372 dəfə oxundu
34 Qisasda diyət ödənməsi, pulu olanın istədiyini edə biləcəyi mənasına gəlməzmi? 17.10.16 431 dəfə oxundu
35 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.313 dəfə oxundu
36 İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir? 03.02.13 1.405 dəfə oxundu
37 Haram aylarda qisas cəzası tətbiq edilirmi? 28.10.16 459 dəfə oxundu
38 İslamda zorlamağın cəzası 19.01.11 4.718 dəfə oxundu
39 Dinə əsasən internetdən illeqal köçürmənin cəzası nədir? 14.02.13 1.273 dəfə oxundu
40 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 203 dəfə oxundu
41 Misal verib İslam cəza hüququnu izah edərsinizmi? 18.03.11 1.443 dəfə oxundu
42 İslam dinində məhbuslara münasibət 24.03.13 1.688 dəfə oxundu
43 Dövlət səhv yolda olan təriqət və camaatları cəzalandıra bilərmi? 25.10.17 74 dəfə oxundu
44 İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir? 12.06.10 4.177 dəfə oxundu
45 Söz verdiyi işi vaxtında görməyənə pul cəriməsi tətbiq etmək olar? 18.06.13 1.306 dəfə oxundu
46 Yaxalanan oğru tövbə  edərsə, yenə də əli kəsilirmi? 29.12.17 131 dəfə oxundu
47 Qəddar bir qatilin cəzası nə olmalıdır? 30.03.11 1.653 dəfə oxundu
48 Təcavüzkarı öldürən qadına hər hansı bir cəza tətbiq edilirmi? 13.01.16 722 dəfə oxundu
49 Qəza nəticəsində bir insanın ölümünə səbəb olana nə cəza verilir? 05.02.18 126 dəfə oxundu
50 Oğruya tətbiq olunan əlkəsmə cəzası məcazidir, yoxsa həqiqi? 05.12.14 1.286 dəfə oxundu
51 Müsəlman ümməti hamılıqla məhv ola bilər? 09.06.11 1.953 dəfə oxundu
52 İmkanı ola-ola borcunu qaytarmayanlara nə edə bilərik? 29.10.13 1.577 dəfə oxundu
53 Dövlətin müharibə siyasətini tənqid etmək həps cəzasına səbəb olurmu? 12.03.18 115 dəfə oxundu