Quranda mələk İsrafilin adı çəkilir?
Müsəlmanlar > Adlar > Fitvalar > Mələklər Tarix: 03 Aralık 2014 Tövsiyə et Çap et
Sual: Qurani-Kərimdə mələk İsrafilin adı qeyd olunub? Xahiş edirəm, bu barədə ətraflı məlumat verəsiniz.

Cavab: İsrafil dini ədəbiyyatda 4 böyük mələkdən biri hesab edilir. Onun vəzifəsinin Qiyamət günü sura üfürmək olduğu bildirilir.

Mənbələrdə İsrafil sözünün mənşəyi ilə əlaqədar dəqiq bir məlumat yoxdur. Bununla yanaşı, belə qəbul olunur ki, bu söz Ərəb dilinə İbrani dilindən keçib.

Quranda İsrafil sözü yoxdur; başqa sözlə, bu mələyin adı Quranda qeyd olunmur. Lakin onun nə iş görəcəyi barədə (sura üfürmək, suru çalmaq) məlumat var.

İsrafil sözünün “Allahın bəndəsi: Abdullah” və ya “Rəhmanın bəndəsi: Əbdürrəhman” mənalarını ehtiva etdiyini bildirən bəzi hədislər var.1 Buna əsaslanan alimlər belə düşünürlər ki, İsrafil sözü İbrani dilindəki “israf-seraf: bəndə, qul” kəlməsi ilə ilah mənası daşıyan “il-el” sözlərindən yaranıb.

Bəzi Avropalı tədqiqatçılar isə belə bir qənaətdədirlər ki, Sami dillərdə bir-birinə keçən sözlərdə bəzi dəyişikliklər baş verir. Onların fikrincə İsrafil sözü Əhdi-Ətiqdə işlədilən “sərafim” sözündən törəyib və bir dəstə mələyi ifadə edir.

Bu sözün mənasının İbrani dilində yox etmək, darmadağın etmək, aradan qaldırmaq olduğunu düşünənlər də var.

Quranda Qiyamətdən, daha doğrusu, Qiyamətin qopacağından söz açan ayələr kainatda böyük bir kosmik dəyişikliyin baş verməsinə səbəb olan bu hadisənin sura 1-ci dəfə üfürülməsi ilə başlayacağını bildirir. 2-ci üfürmə ilə (2-ci dəfə çalma) də hamının dirilib məhşərə getməyə hazır olacağı ifadə olunur.2 Burada suru çalmaq-ona üfürmək işinin, eləcə də, insanları haqq-hesab meydanına çağırmaq vəzifəsinin bir mələk tərəfindən həyata keçiriləcəyi qeyd olunur.3 İslam alimləri həmin mələyin İsrafil olduğunu düşünürlər və onlar bu məsələdə həmfikirdirlər.

Oxşar sual və cavabları ilə aşağıdakı keçidlərdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4847.html

http://www.muselmanlar.com/fitvalar/4553.html

QEYD: Bu material hazırlandığı vaxt Türkiyə Diyanət Vəqfi tərəfindən nəşr olunan İslam Ensiklopediyasından istifadə olunmuşdur (müəllif: Lütfullah Cəbəci, 23-cü cild). Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Təfsir, 2/6 və sairə. []
  2. Nəml, 27/87; Zümər, 39/68. []
  3. Qaf, 50/41; Qəmər, 54/6-8. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.638 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda hansı mələklərin adı çəkilir? 26.07.12 4.168 dəfə oxundu
2 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.878 dəfə oxundu
3 Mələklər də insanlar kimi döyüşüblər? 06.05.13 1.415 dəfə oxundu
4 Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü? 08.05.13 2.073 dəfə oxundu
5 Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur? 02.05.16 593 dəfə oxundu
6 Mələklərin insanlar üçün şəfaət etməsi nə mənaya gəlir? 23.11.15 878 dəfə oxundu
7 Xızır, bir insandı yoxsa mələk? 30.05.16 838 dəfə oxundu
8 Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi? 13.01.15 1.069 dəfə oxundu
9 Şeytan cindir, yoxsa mələk? 24.03.17 705 dəfə oxundu
10 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.638 dəfə oxundu
11 Kiramən-katibin 05.03.12 1.408 dəfə oxundu
12 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.072 dəfə oxundu
13 Mələyin peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 3.278 dəfə oxundu
14 Mələk Mikail 05.03.12 5.564 dəfə oxundu
15 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.255 dəfə oxundu
16 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.800 dəfə oxundu
17 Rizvan nə deməkdir? 05.04.12 4.189 dəfə oxundu
18 İblis mələklərin müəllimi idi? 22.07.12 1.496 dəfə oxundu