Müselmanlar
Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur?

Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur?

Sual: Bir ilahiyyatçı deyir ki, Quranı hədislərsiz başa düşmək olmaz. Sonra bu sözünə əlavə edib deyir: “Allah Quranda evlənmək qadağan olan qadınları bir-bir sadalayıb və bunların xaricində qalanların halal olduğunu bildirib. Belə olan halda, sadalanan qadınların xaricində qalan nənə ilə evlənmək halaldır? Deməli, Quran hədislər olmadan dərk edilə bilməz.” Siz bu barədə nə deyərdiniz? Bu məsələdə düzgün yol nədir?

Cavab: Təbii ki, Quranın başa düşülməsində hədislər olduqca vacibdir. Lakin sualda irəli sürülən fikirdə məqsəd əsl məsələdən yayınmaq və yayındırmaqdan ibarətdir. Bu fikri irəli sürənlər də çox yaxşı bilirlər ki, Qurandakı “آباء”, yəni, “atalar” sözü ilə insanın həm atası, həm də atasının atası, onun atası və sairə kimi şəxslər (yəni, yuxarıya doğru bütün nəsil-nəcabəti) nəzərdə tutulur.

Nisa surəsinin 22-ci ayəsində də deyilir ki, atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin.

Bu ayənin hökmü insanın öz atasının evləndiyi qadınları əhatə etdiyi kimi, babasının evləndiyi qadınları da əhatə edir. Buna əsasən babasının evləndiyi qadın da (öz nənəsi) evlənməyin qadağan olduğu qadınlardan biridir.

Qeyd edək ki, Kitab (Quran) və Sünnə arasındakı bütövlük və tamamlayıcılığı görə bilməmək dini başa düşmə və həyata keçirmə məsələsində saysız-hesabsız səhvlərə və problemlərə səbəb olub. Sünnənin vəhyi-qeyri-mətluvv hesab edilməsi, Kitab və Sünnənin 2 ayrı mənbə kimi qəbul olunması, eləcəd də, Sünnənin Kitaba hakim sayılması bu səhvlərin ən vaciblərinbdəndir.

Quran-Sünnə münasibəti və Quranın düzgün başa düşülməsi ilə əlaqədar tədqiqatlarımızla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4880.html

http://www.muselmanlar.com/fitvalar/quran/3224.html

http://www.muselmanlar.com/tedqiqatlar/1423.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin