Müselmanlar
Nisyə satılan mallara əlavə edilən miqdar faizdir?

Nisyə satılan mallara əlavə edilən miqdar faizdir?

Sual: Nisyə satılan mallara əlavə edilən miqdar faizdir?

Cavab: Nisyə satılan mallarda əlavə edilən miqdar deyə bir şey olmaz. Al-ver qarşılıqlı razılıqla olur. Biz malla pulu dəyişdirdiyimiz üçün əlavə verdiyimiz miqdar faiz olmaz. Çünki, malla pul arasında bir tarazlıq yoxdur. Bunlar arasındakı tarazlığı bazarın şərtləri müəyyən edir. Məsələn, bir litr suyun qiyməti bazarın normal şərtlərində ən çox 1 manata isə, həmin bir litr su ağır şərtlərdə 20 manata, susuz qaldığınız vaxt isə daha qiymətli ola bilir. Bilavasitə mal qiymətlərinin dəyişkənliyi bazarın öz şərtlərinə görə yaranır. Bir malın qiyməti olduğu yerin şərtlərinə görə dəyişir.

Ancaq eyni cinsdən və dəyərləri eyni olan pullar arasındakı fərq faiz olur. Məsələn, bir manat verib yerinə iki manat almaq faizdir. Çünki o manatlar dünyanın hər yerində, harda istehsal olunduğuna, tələbatına baxmayaraq, səhrada da eyni dəyərdədir. Buna görə sizə bir manat borç verən əvəzində iki manat alarsa bu faiz olur.

Ticarətdə eyni mal alış-satış miqdarına və şəklinə görə də dəyişə bilir. Məsələn, bir dənə alınan malın qiyməti ilə yüz dənə alınan malın və yaxud nisyə və nağdı alınan malın qiyməti eyni olmaz. Bu səbəblə bir tüccara “malı nağdı niyə fərqli qiymətə, nisyə fərqli qiymətə satırsan”– deyə, şikayət etməyimiz doğru deyildir.

Al-verdə iki fərqli dəyərdə olanlar dəyişdirilir. Bu iki dəyər arasında bərabərliyi qoruya bilmədiyimiz üçün, birinin digərinə olan artıqlığına faiz deyilməz.

Nəticə etibarı ilə, nağd və nisyə satılan mallara əlavə edilən miqdar faiz deyildir.

Suala cavab verdi Professor Abdüləziz Bayındır.[1]

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/5947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

 

Bizi izləyin