Bank və kredit kartlarında yığılan pul xallarını işlətmək düzgündür?
Müsəlmanlar > Faiz və kredit > Fitvalar > Kredit kartı Tarix: 08 Kasım 2014 Tövsiyə et Çap et
Sual: Bank və kredit kartlarında pul xərclədikcə yığılan bonus xalları bir şeyı satın almaq üçün işlətmək (xərcləmək) olar? Bu, caizdir?

Cavab: Qeyd etdiyiniz xallar banklar tərəfindən verilir. Buradakı məqsəd insanların daha çox pul xərcləməyini təmin etməkdir. Bu, faiz deyil. Faiz deyil; bununla belə, insanları kredit kartından istifadə etməyə aparır. Çünki siz kredit kartından istifadə etdiyiniz vaxt bankların əlinə heyrətamiz fürsətlər keçir.

Əslində elə bir sistem yaratmaq lazımdır ki, insanlar kredit kartı işlətməyə məcbur qalmasınlar. Bundan istifadə etməli olsalar belə, birja və bazarlardakı mal-xidmət-pul balansını pozmamaq şərtilə istifadə etsinlər.

Əlbəttə, hal-hazırda bu mənada əldən gələn bir şey yoxdur. Ona görə də bank və kredit kartlarında yığılan pul xallarının haram olduğunu deyə bilmərik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Oxşar bir sual və cavabı üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/5386.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş

Etiketlər:

1.258 dəfə oxundu