Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar?
Müsəlmanlar > Diş dolğusu > Fitvalar > Qüsl Tarix: 07 iyul 2009 Tövsiyə et Çap et
Sual: Dişlərə plomb, qapaq, yaxud da körpü taxıldıqda suyun dişlərə çatmaması qüsl etməyə mane olur? Bu barədə Hənəfi məzhəbinin fikirlərini öyrənmək istərdim.

Cavab: Dişlərə plomb, qapaq, yaxud da körpü taxıldıqda Hənəfi məzhəbinin fikrincə bu, qüsl etməyə mane olmur. Çünki təzə dişlər artıq ana dişlərin yerinə keçib və bunların yuyulması elə əsl dişlərin yuyulması kimidir. Başqa sözlə, sağlamlıq baxımından bu dişlərə ehtiyac var və qüsl etmək məqsədilə bu dişləri yerindən çıxartmağa girişmək çətin və əbəsdir.

Qüsl edərkən vacib olan işlər bədənin yuyulması çətin olmayan yerlərini yumaqdır. Dəstəmaz almaq və qüsl etməklə əlaqədar ayə belə qurtarır:

“Allah sizə bir çətinlik yaratmaq istəmir. O, sizi arındırıb (təmizləyib) sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz” (Maidə, 5/6).

Həcc surəsinin 78-ci ayəsində də: “(Allah) din məsələsində sizə heç bir çətinlik yükləməz”, - deyilir.

Bu səbəblərə görə fiqhdə (islam hüququ) çətinlik doğuran/yaradan şeylərdə hökm dəyişdirilir. Bu prinsip “çətinlik aradan qaldırılır” formasındakı bir qaydada öz əksini tapır. Dişlərə plomb, körpü və qapaq kimi şeylər taxdırmaq sağlamlıq baxımından lazımlıdır. Qüsl edərkən bu cür şeyləri çıxardıb altını yumaq və sonra təzədən yerinə taxmaq olduqca çətin bir işdir; odur ki, bu şeylərə heç toxunmamaq lazımdır. Bunların özlərini yumaq çətin deyil. Ona görə də özlərini yumaq kifayət edir.

Nəticə olaraq qeyd edək ki, Hənəfi məzhəbinin fiqh kitablarında qüsl barədə belə deyilir: “Qüsl edərkən yuyulması çətin olan yerləri yumaq vacib deyil”.1

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. İbn Abidin, eyni əsər, I cild, s. 141 və ardı []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 820 dəfə oxundu
2 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 1.136 dəfə oxundu
3 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 332 dəfə oxundu
4 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 1.025 dəfə oxundu
5 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 822 dəfə oxundu
6 Məni, məzi və vədi nədir? 27.01.10 867 dəfə oxundu
7 Hamamda çox qalmaq günahdır? 27.01.10 355 dəfə oxundu
8 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 819 dəfə oxundu
9 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 827 dəfə oxundu
10 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 626 dəfə oxundu
11 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 385 dəfə oxundu
12 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 670 dəfə oxundu
13 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 579 dəfə oxundu
14 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 678 dəfə oxundu
15 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 880 dəfə oxundu
16 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 1.039 dəfə oxundu
17 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 575 dəfə oxundu
18 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 585 dəfə oxundu
19 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 362 dəfə oxundu
20 Cinsi əlaqə və qüsl 07.07.09 887 dəfə oxundu
21 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 543 dəfə oxundu
22 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 509 dəfə oxundu
23 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 640 dəfə oxundu
24 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 377 dəfə oxundu
25 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 313 dəfə oxundu
26 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 430 dəfə oxundu
27 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 374 dəfə oxundu
28 Qadınlar da ehtilam olurlar? 17.03.11 678 dəfə oxundu
29 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 940 dəfə oxundu
30 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 273 dəfə oxundu
31 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 377 dəfə oxundu
32 Qüsl almağın qaydası 27.05.11 734 dəfə oxundu
33 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 552 dəfə oxundu
34 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 552 dəfə oxundu
35 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 327 dəfə oxundu
36 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 16 dəfə oxundu