İslam dini din xadimləri üçün xüsusi geyim tələb edir?
Müsəlmanlar > Fitvalar > Geyim-kecim > İslamda saqqal Tarix: 14 Kasım 2014 Tövsiyə et Çap et
Sual: Qafqaz Müsəlmanları İdarəsi din xadimləri üçün vahid geyim formasını müəyyənləşdirib. Bəyəm, İslam dinində din xadimləri üçün xüsusi geyim təyin edilib? Peyğəmbərimiz Muhəmməd əleyhissəlamın özünün xüsusi geyimi və ya bu haqda başqalarına bir tövsiyəsi olubmu?

Cavab: QMİ-nin bu qərara gəlmələri böyük ehtimalla hər əlif-bey bilənin qəbirsanlıqda, yas yerlərində dini bazar yerinə çevirənlərin qarşısını almaq, bir çox fərdi dini fəaliyətləri bir fonda yönləndirmək, vergiyə və s. bağlamaq üçün ola bilər. Belə bir tədbir onların din haqqındakı anlayışlarını da ortaya qoyur.

İslamda ruhahi təbəqəsi olmadığı kimi, onların xüsusi geymləri də olmaz. Əgər bir şeyə din adına qərar verilirsə, o şeyin Allahın kitabında və rəsulunun sünnəsində olub-olmamasına baxılmalıdır.

Qurani Kərimdə sadəcə geyimin təmizliyi ilə əlaqədar ayə vardır, onun şəkli ilə əlaqədar heç bir əmr yoxdur. Peyğəmbər əleyhissəlamdan heç bir hədis də bu barədə rivayət edilməz. Giyimlə əlaqəli Ömərdən isə zəif hətta uydurma dedikləri bir rivayət nəql olunur ki, bu rivayət dinlə deyil, örf-adətlə bağlıdır:

Sizə əcnəbilərin, Ərəb olmayanların geyim-quşamlarını təqlid etməyinizi qadağan edirəm.1

Şəkilçiliyə böyük şeyləri bacarmayan, işin əslini, mənasını bilməyən xürafəçilər meyl edir və xarici görünüşə belə müqəddəslik verirlər. Heç bir peyğəmbərin xarici görünüşü, geyim-quşamı din xadimləri və xürafəçilər tərəfindən Muhamməd əleyhissəlamınki qədər müqəddəsləşdirilməmişdir. Sürəti qadağan edilməsinə baxmayaraq sürəti çəkilən peyğəmbərlərdən daha çox müqəddəsləşdilmişdir. Geyindiyi sarığın, cübbənin, saqqalının, sürtdüğü ətirinin belə sünnət olduğunu deyirlər. Halbuki, o dövrü düşünən hər kəs yaxşı bilir ki, bu cür geyimlər dini deyil, ərəb örf-adətlərinə məxsus olan şeylərdir. Çünki, eyni geyim şəkli Əbu Ləhəb, Əbu Cəhl və orada yaşayan hər kəsdə var idi. Əli əleyhissəlamın da buyurduğu kimi, “Sarıq, İslamın deyil, ərəblərin əlamətidir.”

Şəklə, xarici görünüşə, geyim-quşama müqəddəslik verənlər, işin əslinə, mahiyətinə əhəmiyyət verməzlər. Məsələn: Cübbəyə bürünərək özünün Peyğəmbərə bənzədiyini düşünən, peyğəmbərin tükünü (!) öpüb, onun həyatını bir tük qədər həyatına əks etdirməyən, Quranı çoxlu oxuyan, ancaq onu yaşamayan, sünnəni misvaka endirən sözdə müsəlmanlara çox rast gəlirik.

Belə bir baxış tərzini ilk olaraq müsəlmanlara aşılayan münafiqlərin rəisi Abdullah ibn Ubeyy olmuşdur. Həyatı boyu Rəsulullaha qarşı çıxmış, nifrət bəsləmiş, öldükdən sonra da onun köynəyi ilə kəfənlənməyi vəsiyyət etmişdir. Dünyada müsəlmanlıq donu geyərək, İslamı, müsəlmanları yıxmağa çalışan, peyğəmbəri təhqir edən bu münafiq, peyğəmbər köynəyinə bürünərək Allahın huzuruna çıxmaq istəmiş, beləliklə bu dəfə də öz fikrində Allahı qandırmaq istəmişdir. Özünü cəhənnəmdən müqəddəsləşdirdiyi köynəklə qorumağa çalışır…

Vəsiyyəti üzərinə peyğəmbər onun namazını qıldı. Sonra isə Allah Təaladan Tövbə surəsinin 80-cı ayəsi nazil oldu:

اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ  وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

“Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini göz ardı etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.”

Halbuki, belə bir din və peyğəmbər təsəvvürünün müşriklərə, təhrif olunmuş dinlərə xas olduğunu və nə qədər mənasız olduğunu Allah bizzat xəbər verməkdədir. Peyğəmbər əleyhissəlamın heç bir vaxt digər insanlardan fərqli özünə xas xüsusi bir din xadimi qiyafəti olmamış və belə bir qiyafətlə gəzməmişdir. Onu içində yaşadığı cəmiyyətdən ayıran xüsusi bir qiyafəti əsla olmamış, belə bir şeylə özünü cəmiyyətdən ayırmamış və fərqli görünmə məqsədi də daşımamışdır. Namaz qılanda belə, arxasındakı camaatdan, öz xalqından fərqli geyim qiyafəti olmamışdır. Onun fərqli yönü, sünnəsi; yaxşı nümunə olması, doğru dürüst olması, kimsəsizlərə köməyi, Quranın tövsiyələrini həyata keçirməsi, Allah yolunda sərgilədiyi mübarizə və təbliğidir.

Bunu hər bir müsəlman bilməlidir: Sən Nuh olmadıqdan sonra heç bir gəmi səni qurtarmaz, Sən Süleyman olmazsan onun möhrü səndə olsa, sən Musa olmasan əlindəki əsa səndə olsa nə olacaq? Sən Əli olmasan Zülfüqar bir işə yaramaz! Yusif şəkliylə, üz gözəlliyi ilə deyil, qəlb gözəlliyi ilə qələbə çaldı. Onu xilas edən və ucaldan görünüşü deyil, qəlb və əxlaq gözəlliyi idi.

Xülasə, Allah insanları siniflərə, təbəqələrə bölməyi qadağan edir. Hamıya aid olan ümum-bəşər İslam dinini digər təhrif olunmuş dinlərdəki kimi, xüsusi peşəyə çevirmək qəbuledilməzdir. Bu dində heç kim bir başqasının dini məsuliyyətlərini yerinə yetirə bilməz. Hər kəs Allaha qarşı vəzifələrini özü yerinə yetirməlidir.

Suala cavab verdi: Aydın Mülayim.

Bu barədə digər yazılarımıza da baxa bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/5355.html

http://www.muselmanlar.com/fitvalar/720.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əzhəri, “Əhadisi-Məvzuat”, s. 78. Acluni, “Kəşful-Xəfa”, 1/312. Geniş məlumat üçün bax: Harun Unal, “Məvzuat”, s. 558. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.195 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir kişi saqqal saxlamaq üçün arvadından icazə almalıdır? 25.02.10 2.833 dəfə oxundu
2 Saqqalsız bir şəxs pişnamazlıq edə bilər? 22.04.10 2.578 dəfə oxundu
3 İslam dini din xadimləri üçün xüsusi geyim tələb edir? 14.11.14 1.195 dəfə oxundu
4 İslam dinində saqqal saxlamaq barədə nə deyilir? 06.07.09 15.148 dəfə oxundu