Müsəlmanlar

25 yaşlı bir oğlanla 45 yaşında dul bir arvad evlənə bilər?

Sual: Mənim 25 yaşım var. Molla kəbini kəsdirmək istədiyim qadının 45 yaşı var və duldur. Sevdiyim, hörmət etdiyim bir insandır. Amma molla kəbini kəsdirdiyimizi ailələrimizə aradakı yaş fərqindən ötrü xəbər verməyəcəyik. Bunun nə qədər düzgün olduğunu və Allah qatında doğrunun nə olduğunu öyrənmək istəyirəm.

Cavab: Bir kişi özündən böyük bir qadınla evlənə bilər. Lakin kəbin üçün qadının ailəsinin razılığı şərtdir. Bu şərt yerinə yetirilmədən kəbin kəsilə bilməz.

Evlənmək istədiyiniz qadının ailəsi kimdirsə (atası, babası, oğlu, qardaşı, əmisi və sairə.), əvvəlcə onların yanına getməlisiniz. Onlar yaş fərqini bahanə edib evlənməyinizə razı olmasalar,  Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinə (keçmiş ZAQS) gedib rəsmi kəbin kəsdirin. Molla kəbinini də rəsmi kəbindən sonra kəsdirin.

Bunun xaricində heç kimin xəbəri olmadan kəbin kəsdirə bilməzsiniz. Çünki xəlvət kəbin etibarsızdır, düzgün deyil. Kəbinin etibarlı olmağının tək şərti onu səlahiyyətli bir orqanda kəsdirməkdir. Yəni, bunun nəzarət altında icra edilməsidir. Buna əsasən də qadının ailəsi, bunların olmadığı halda və səbəbsiz yerə problem çıxartmağı halında da  səlahiyyətli dövlət orqanlarıdır.

Buna oxşar başqa yazılara aşağıdakı linklərdən daxil ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/393.html

http://www.muselmanlar.com/fitvalar/2985.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.