Müsəlmanlar
Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır?

Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır?

Sual: Ənam surəsi 59 və Yunus surəsi 61- ci ayələrdə böyük, kiçik heç bir şey yoxdur ki, kitabi mubində olmasın buyurulur. Buradaki kitabla qəsd edilən Levhi Məhfuz isə bu bizə görə Mübin (açıq) deyil. Əgər Quran isə bəs Quranda bu qədər təfərrüat varmı?

Cavab: Ənam surəsi 59-cu ayədə belə buyurulur:

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın bir kitabda olmasın.”

Ayənin sonu  إِلَّا فِي كِتَابٍ مُبِينٍ – fi kitabin”-deyə bitər. Fi-l kitabin desəydi işarət edilən Qurani Kərim olardı. Buna bənzər digər Yunus 61, Hədid 22-ci ayələrdə də Fi kitabin olduğuna görə ayənin mənası “Elədiyimiz şeylər açıq-aydın bir yerdə yazılıdır”- deməkdir. Bizim hər davranışımız yazılıdır. O yazdığı anda biz həyata keçiririk. Biz heç bir şeyi Allah yazmadan yerinə yetirə bilmərik. Əgər bütün etdiklərimiz əzəldən yazılı olsaydı, onda elədiklərimizin heç bir mənası və dəyəri qalmazdı, imtahan da olmazdı.

Bu səbəblə ayədən başa düşdüyümüz budur: “Allah Təala bizim həyata keçirmək istədiyimiz bir şeyi əvvəlcə qeydiyyata alır yəni yazır, sonra yaradır.”

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Bu barədə ətraflı məlumat üçün saytımızın digər linklərinə də müraciət edin:

http://www.muselmanlar.com/fitvalar/5695.html

http://www.muselmanlar.com/fitvalar/5139.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.