Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Qohum-əqrəba Tarix: 02 Eylül 2014 Tövsiyə et Çap et
Sual: Bir kişi arvadının öz ana-atasının yanına getməyinə mane ola bilər? Kişinin, yaxud da ailəsinin buna hüquqları var? Qadın ərindən xəlvət (icazə almadan) ana-atasını görməyə gedə bilər?

Cavab: Qohumluq əlaqələrini davam etdirmək Allahın əmridir. Bununla əlaqədar Allah Təala belə buyurub:

“Adını çəkərək bir-birinizdən nəsə istədiyiniz Allaha qarşı çıxmaqdan uzaq durun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1).

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı dosta-yoldaşa, yol üstündə olana və sizə xidmət edən kəslərə yaxşılıq edin. Allah əlbəttə, özünü bəyənib lovğalıq edənləri sevməz” (Nisa, 4/36).

“Qohum-əqrəbaya, miskinə və müsafirə – yol üstündə olana haqqını ver. Əlində-ovcunda olanı əbəs yerə sağa-sola səpələmə!” (İsra, 17/26).

Peyğəmbər (s.a.v): “Kimlərə yaxşılıq edim ey Peyğəmbər?” – deyə, soruşan bir səhabəyə: “Anana, atana, bacına, qardaşına və qohumlarına yaxşılıq etmək sənin borcundur”  – deyə, cavab verib.1

Başqa bir hədisdə isə belə buyurub:

“Allaha və axirət gününə iman edən hər kəs qonağına ikram etsin. Allaha və axirət gününə iman edən kəs qohumlarına yaxşılıq etsin. Allaha və axirət gününə iman edən hər kəs ya xeyirli söz desin, ya da sussun!”2

Bu mövzuyla əlaqədar fiqh kitablarında qeyd edilən hökm isə belədir:

“Ər arvadının ana-atasını gecə yatmamaq şərtilə həftədən həftəyə gəlməkdən və gəlmədikləri təqdirdə arvadını Cümə günləri onları, yaxud da qabaqkı ərindən olan uşaqlarını görməkdən məhrum edə bilməz. Çünki gəlib getməmək qohumluq əlaqələrinin pozulmağına səbəb olacağı üçün dini cəhətdən düzgün (caiz) deyil.”3

Yuxarıda qey edilən “Cümə günləri” qohumların ən azı həftədə 1 dəfə ziyarət edilməli olunduğunu bildirən bir ifadə kimi başa düşülməlidir. Yoxsa hökmən Cümə günü olmağı şərt deyil. Alahın verdiyi bu haqqa heç kimin mane olmağa haqqı yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Ədəb, 25. []
  2. Buxari, Ədəb, 85; Müslim, İman, 74-75. []
  3. Ömər Nəsuhi Bilmən, Hüqüqi İslamiyyə və İstilahati Fiqhiyyə Qamusu, 2-ci cild, s. 165, 562-ci paraqraf. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.708 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir qadın ərinin dayısı ya da əmisinin yanında başıaçıq dayana bilər? 14.03.16 1.852 dəfə oxundu
2 Ərdə olan bir qadının valideynlərini ziyarət etmə müddəti nə qədər olmalıdır? 27.01.16 1.274 dəfə oxundu
3 Övladını yox hesab edən valideynlə necə rəftar etmək lazımdır? 13.05.15 964 dəfə oxundu
4 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 6.521 dəfə oxundu
5 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 3.973 dəfə oxundu
6 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 11.063 dəfə oxundu
7 Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? 14.01.10 2.089 dəfə oxundu
8 Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər? 02.09.14 2.708 dəfə oxundu
9 Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? 12.05.10 2.601 dəfə oxundu
10 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 4.594 dəfə oxundu
11 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 7.396 dəfə oxundu
12 Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? 25.11.11 1.975 dəfə oxundu
13 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 2.898 dəfə oxundu
14 Bir övlad öz ateist atası ilə nə cür rəftar etməlidir? 27.03.12 1.871 dəfə oxundu
15 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.821 dəfə oxundu