Müsəlmanlar
Axirətdə kim dünyada 1 gün, ya da daha az qaldığını güman edəcək?

Axirətdə kim dünyada 1 gün, ya da daha az qaldığını güman edəcək?

Sual: Möminun surəsinin 112-ci ayəsində Qiyamət günü: “Yer üzündə neçə müddət qaldın?”, - deyə, soruşulduqda: “1 gün, ya da daha az”, - deyənlər Cənnətə gedənlər-Cənnətliklərdir? Yoxsa, bu hər kəs üçün qüvvədə olan bir şeydir?

Cavab: Möminun surəsinin 101-ci ayəsindən surənin axırına qədər Qiyamət günü sura üfürüldükdən sonra nələrin baş verəcəyi izah edilib. 103- cü ayədən etibarən tərəzisi yüngül olan kafirlərin başlarına gələnlər qeyd edildiyi halda onların Allahın ayələrinin qarşısında yalana qurşandıqları (103-cü ayə), möminlərə lağ etdikləri (109-110-cu ayələr) ifadə edilib. Sonra isə onlardan dünyada neçə müddət qaldıqları soruşulub, onlar da 1 gün, ya da daha az qaldıqlarını deyiblər (112-114-cü ayələr).

Bundan da məlum olduğu kimi, sual soruşulanlar Cənnətə gedənlər deyil, Cəhənnəmə daxil olanlardır.

Quranda buna oxşar bir neçə ayə də var. Hamısında da neçə müddət qaldıqları soruşulan və ya özləri də nə qədər az müddət qaldıqlarını deyənlər həmişə Cəhənnəmlik olan kafirlərdir.

Bu məsələ ilə əlaqədar ayə nömrələri belədir:

Yunus, 10/45; İsra, 17/49-52; Taha, 20/102-104; Rum, 30/55-57; Əhqaf, 46/35; Naziat,79/42-46.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.