Müsəlmanlar
Bəqərənin 215-ci ayəsinə əsasən doğma qardaş-bacıya zəkat vermək olar?

Bəqərənin 215-ci ayəsinə əsasən doğma qardaş-bacıya zəkat vermək olar?

Sual: Bəqərə surəsinin 215-ci ayəsindəki “ən yaxınlarınıza” ifadəsinə əsasən doğma qardaş və bacıya zəkat vermək olar?

Cavab: Təbii ki, olar. Fəqihlər, yəni, İslam hüququ mütəxəssisləri zəkatı təkcə ata-ana və uşaqlara verməyi düzgün hesab etmirlər. Onların fikrincə əgər belə olsa, sədəqə necə deyərlər, saraydan (evdən) çıxmamış olar. Qısa desək, fiqh kitablarında bu cür şərhlər qeyd olunur.

Əgər zəkat verən şəxsin qardaş və ya bacısının digərlərinə nisbətən daha çox ehtiyacı varsa, təbii ki, zəkatını onlara verə bilər. Əmi, bibi, xala və dayısının, eləcə də, onların uşaqlarının daha çox ehtiyacı varsa, ən yaxından uzağa olmaqla zəkatını onlara verə bilər. Bunda dini cəhətdən bir eyib yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu sualla əlaqədar digər cavalarla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/634.html

http://www.muselmanlar.com/fitvalar/638.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.