Müsəlmanlar

Taksi işlədənlər zəkatı nə cür verməlidirlər?

Sual: Taksi işlədənlər zəkatı götürdükləri qazancdan verməlidirlər, yoxsa taksi maşınların qiymətinə əsasən? Taksi işlədən və zəkat vermək istəyən bir nəfər nə cür hərəkət etməlidir?

Cavab: Taksi işlədən insanların taksi maşınlarla gördükləri iş xidmət sektoruna daxil edilir; çünki bu, bir xidmət növüdür. Əslində bu, bir icarə əqdidir. Belə ki, taksini işlədənlər maşınların kimə isə filan yerdən filan yerə olmaq şərti ilə icarəyə verirlər. Buna kirayə də demək olar. Onlar bunun müqabilində pul alırlar. Ona görə də onlar zəkatı maşınların qiymətindən deyil, qazanclarından (əgər zəkat verəcək səviyyədə isə) verməlidirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Zəkat barədə ətraflı məlumat aşağıdakı keçiddədir:

http://www.muselmanlar.com/fitvalar/zekat

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.