Müsəlmanlar
Həzrəti Ömər 3 təlağın etibarlı olduğunu həqiqətən də, deyib?

Həzrəti Ömər 3 təlağın etibarlı olduğunu həqiqətən də, deyib?

Sual: Mənə elə gəlir ki, dində bir çox söz və hökm əshabələrə nisbət edilir. Belə bir şey olub? Misal üçün, arvadı 1 dəfədə 3 təlaqla boşamaq sözü həzrəti Ömərə isnad olunur. Guya o özü belə deyib və 1 dəfədə 3 talaqla boşamağı düzgün hesab edib. Bu söz düzdür?

Cavab: Mənim qənaətimə əsasən Ömər (r. a.) həqiqətən də, güclü bir əshabədir. Lakin tarix boyu ona çox böhtanlar atılıb. Çünki eyni zamanda güclü bir insan olub. Məhz buna görə müxtəlif dövrlərdə müxtəlif şəxs və qruplar özlərini haqlı çıxartmaq üçün onun adından istifadə ediblər.

Siyasətin din halına salındığını bütün dərslərdə deyirik. Siz özünüz də bunu görürsünüz. Özlərinə dəstək və havadar axtaranlar üçün həqiqətlər bir işə yaramır. Elə isə onlar nə edirlər? Öz söz və əməllərinin düzgünlüyünü sübuta yetirmək üçün belə tarixi şəxsiyyətlərdən istifadə edirlər.

Sualınıza cavab olaraq deyim ki, həyat yoldaşını boşama (talaq) məsələsində Ömərə (r. a.) nisbət edilən söz qətiyyən qəbul edilə bilməz.

Müslimin Səhih adlı hədis külliyatına əsasən peyğəmbərimizin (s. a. v.) dövründə kişinin arvadını 3 talaqla boşamağı 1 talaq hesab olunurdu. Sonradan isə bəzi qərəzli adamlar deyiblər ki, gəlin, bunu elə 3 talaq sayaq.

Müsəlman bir insan belə edə bilməz, etməməlidir də.

Qurani-Kərimin hökmlərinə böyük bir sədaqətlə tabe olan Ömər belə bir şey edə bilməz, etməmişdir də.

Biz müzəlmanlar da bu kimi məsələlərdə çox ehtiyatlı və diqqətli olmalıyıq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: İslama əsasən boşama və boşanma məsələlərinə dair ətraflı məlumat aşağıdakı keçiddədir:

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.