İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 05 Ağustos 2014 Tövsiyə et Çap et
Sual: Əvvəlki dərslərdə qeyd edilmişdi ki, hal-hazırkı məscidlərdə Cümə namazı qılmaq məsələsində bir problem yoxdur. Ancaq indiki qulluqçular (onlara artıq pişnamaz – imam-camaat deyə bilmirəm) əllərindəki sabit mətni oxumaqdan savayı bir şey danışa bilmirlər. Sadəcə olaraq xütbəni oxuyub minbərdən aşağı enirlər. Bu halda isə mən hesab edirəm ki, xütbə öz məqsədinə çatmır. Siz bu barədə nə deyirsiniz? İndi qılınan Cümə namazları nə dərəcədə səhihdir (düzgün, mötəbər)?

Cavab: Xeyr, Cümə namazlarının səhihliyi məsələsində bir problem yoxdur. Xütbəni də oxuyurlar. İstər bəyənin, istər bəyənməyin. Onsuz da bu xütbə məsələsi əzəldən mübahisəlidir. Buna görə də Cümə namazlarına rəhbərlik etmək məsələsi dövlət tərəfindən təyin olunan şəxslərə həvalə olunmuşdur.

Hənəfi məzhəbinə əsasən imam-camaat ən böyük “vəliyyu-l-əmr”, yəni, ən səlahiyyətli şəxs olmalıdır. Səbəbi də budur: O bölgədəki kişi və qadın bütün müsəlmanlar Cümə günü bir araya cəm olurlar. O vaxt o qədər çox camaatın bu gün olduğu kimi, təyin olunmuş bir imam-camaatı yox idi. Hamı deyir ki, qabağa mən keçim. Üstəlik də, seçki vaxtı filan olduqda hər partiyanın namizədi özü namaz qıldırmaq istəyər. Bu halda da təbii ki, qarışıqlıq və ikitirəlik yaranar. Bəs həll yolu nədir? O da bundan ibarətdir ki, Cümə namazını bir nəfər imam-camaat qıldırır.

Bir sözlə, Hənəfi məzhəbindən olanların “vəliyyu-l-əmr” şərti qoymaqlarının səbəbi budur. Elə isə ən səlahiyyətli şəxs qabağa keçdiyi vaxt onun arxasında duranlar onu bəyəndikləri üçün ona tabe olub namaz qılırlar?! Əlbəttə ki, xeyr! İnsanların bir hissəsi deyir ki, bu şəxs bizim başçımızdır, elə isə ona tabe olmaq lazımdır. Başqa bir hissəsi də fikirləşir ki, əslində bu adam 5 qəpiklik adam deyil, amma nə etmək olar, səlahiyyət onun əlindədir.

Deməli, xütbəni bəyənib bəyənməmək məsələsi təzə problem deyil. Qədimdə də belə olub. Ona görə də bilmək lazımdır ki, heç kəs heç kəsi bəyənmir. Əslində baxanda bu, yaxşı bir haldır. Çünki Allahın insanlara verdiyi: “Xeyirli işlərdə yarışın”, – əmri üçün bir vasitə və səbəb təşkil edir. Yəni, əgər imam-camaat hansısa məsələdə səhvə yol verirsə, camaatdan kimsə bu səhvi münasib bir dil və üslubla düzəldə bilər. Nəticədə də insanların arasında yuxarıda qeyd etdiyimiz faydalı işlərdəki yarış üçün bir zəmin hazırlanar, fikir mübadiləsi aparılar.

Ayrl-ayrı fərdlər məscidə Allahın əmri ilə və əzanın oxunmasıyla getməli, namazlarını qılıb çıxmalıdırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
924 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.399 dəfə oxundu
2 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.746 dəfə oxundu
3 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 924 dəfə oxundu
4 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.568 dəfə oxundu
5 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.628 dəfə oxundu
6 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.402 dəfə oxundu
7 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.704 dəfə oxundu
8 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.155 dəfə oxundu
9 Qadınlar və Cümə namazı 26.03.10 7.031 dəfə oxundu
10 Dəlillərlə Cümə namazı 12.02.10 6.537 dəfə oxundu
11 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.950 dəfə oxundu
12 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.857 dəfə oxundu
13 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.613 dəfə oxundu
14 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.263 dəfə oxundu
15 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.903 dəfə oxundu
16 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.393 dəfə oxundu
17 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.793 dəfə oxundu
18 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu
19 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.745 dəfə oxundu
20 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.803 dəfə oxundu
21 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 889 dəfə oxundu
22 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.729 dəfə oxundu
23 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.123 dəfə oxundu
24 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.367 dəfə oxundu
25 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.724 dəfə oxundu
26 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.025 dəfə oxundu
27 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.834 dəfə oxundu
28 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.549 dəfə oxundu
29 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.631 dəfə oxundu
30 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.371 dəfə oxundu
31 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 965 dəfə oxundu
32 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.752 dəfə oxundu
33 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.859 dəfə oxundu
34 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 799 dəfə oxundu