Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır?
Müsəlmanlar > Cinsi həyat > Din-əxlaq-ədəb > Fitvalar Tarix: 18 Temmuz 2014 Tövsiyə et Çap et
Sual: Ər-arvad arasında cinsi əlaqə baş verdikdə otaq mütləq zil qaranlıq olmalıdır? Bu məsələyə dini cəhətdən nə cür qiymət vermək olar?

Cavab: Dinə əsasən belə bir qayda, şərt və tələb yoxdur. Yəni, ər və arvadın arasında meydana gələn cinsi əlaqə vaxtı otaq mütləq surətdə qaranlıq olmamalıdır.

Bununla belə, bu məsələ ilə əlaqədar bəzi faydalı və insanın ləyaqətini qoruyan məsləhətlər var. Belə ki, cinsi əlaqə vaxtı tərəflərin üstünün örtülü olmağı daha münasib hesab edilir. Yaxşı olar ki, otaq da çox işıqlı deyil, qismən işıqlı olsun. Bu isə lampaların hamısının açıq olmağı ilə deyil, gecə lampası ilə mümkündür.

Yaddan çıxardılmamalıdır ki, bütün bu məsləhətlər İslam dinində insana, onun heysiyyət və ləyaqətinə verilən yüksək qiymətdən irəli gəlir. Başqa cür desək, bunların heç biri insanların cinsi azadlığını məhdudlaşdıran qadağalar deyil; əksinə, onların həya (utanma) hissinin qorunub saxlanmasına xidmət edir.

Bir sözlə, dində sualınızda qeyd etdiyiniz kimi mütləq bir şərt yoxdur. Ancaq bilmək lazımdır ki, bu məsələlər ayrı-ayrı çəxslərin din anlayışları və ədəb-ərkanından asılıdır. Yaxşı olar ki, insanın ləyaqətini alçaldan və insanda təhrik vasitəsilə bəd hislər oyadan hərəkətlərdən uzaq durulsun. Çünki bu məsələlər izafidir, mənfi nəticələrə gətirib çıxarda bilər. Qısa desək, ər-arvad arasındakı cinsi münasibətlərin də müəyyən qayda və qadağaları vardır.

Bu məsələlərlə əlaqədar olaraq aşağıdakı sual və cavablarla da tanış olmağınız məsləhətdir:

http://www.muselmanlar.com/fitvalar/1297.html

http://www.muselmanlar.com/fitvalar/5434.html

http://www.muselmanlar.com/fitvalar/4603.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
14.317 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ər-arvad küçədə qol-qola gəzə bilər? 13.06.11 4.904 dəfə oxundu
2 Sünni və Şiə bir-birinin məscidinə gedə bilər? 28.03.15 2.297 dəfə oxundu
3 Təcəssüs 08.03.12 1.423 dəfə oxundu
4 Mənə qarşı pis davranan valideynlərimə münasibətim necə olmalıdır? 20.05.15 1.770 dəfə oxundu
5 Hüsni-zənn və sui-zənn 05.04.12 1.869 dəfə oxundu
6 Uşaqların təlim-tərbiyəsində necə bir yol izləməliyik? 30.05.15 1.153 dəfə oxundu
7 Söyüş söymək 11.04.12 5.990 dəfə oxundu
8 Müasir dövrümüzdə Nizamiyyə mədrəsəsinə bənzər bir müəssisə qurulmalıdırmı? 14.11.16 451 dəfə oxundu
9 İslam hamıya öz əqidəsinə əsasən yaşamaq azadlıqı tanıyır? 28.05.12 1.356 dəfə oxundu
10 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.134 dəfə oxundu
11 İş vaxtı kənar işlərlə məşğul olmaq 17.07.14 1.485 dəfə oxundu
12 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.321 dəfə oxundu
13 Sevgililər günü və buna bənzər günləri qeyd etmək olarmı? 17.03.17 553 dəfə oxundu
14 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 904 dəfə oxundu
15 Dində məcburiyyət yoxdursa, “əmri bil məruf” və “nəhyi ənil münkər” nədir? 29.01.13 818 dəfə oxundu
16 İslam hüququnda kamera və səs qeydləri dəlil sayıla bilərmi? 21.04.17 266 dəfə oxundu
17 Müəllimin keçdiyi dərsi diktafon və ya kamerayla qeyd etmək olar? 11.06.14 1.375 dəfə oxundu
18 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.574 dəfə oxundu
19 Atanın qılmadığı namazları oğlu qəza edə bilərmi? 10.05.17 1.059 dəfə oxundu
20 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 1.966 dəfə oxundu
21 İsraf nədir? Qəşəng bir maşına minmək israf hesab olunur? 27.04.13 1.632 dəfə oxundu
22 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 188 dəfə oxundu
23 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.307 dəfə oxundu
24 Maaş çox ola-ola minimum əmək haqqı kimi göstərmək 06.07.14 1.605 dəfə oxundu
25 Din adına aldananlar 28.09.17 176 dəfə oxundu
26 Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır? 18.07.14 14.317 dəfə oxundu
27 İmtahanda kimdənsə köçürmək olar? 18.08.13 1.777 dəfə oxundu
28 “İnsan sevdiyi ilə bərabərdir” hədisini necə başa düşməliyik? 20.10.17 470 dəfə oxundu
29 Ehtiyacı olmadığı halda müavinət üçün müraciət etmək 08.07.14 1.468 dəfə oxundu
30 Namazdan sonra təsbeh çəkmənin hökmü nədir? 21.02.15 1.595 dəfə oxundu
31 Papazı kardinallar seçdiyi halda Dini qrumlarda başçını niyə dövlət seçir? 19.02.18 71 dəfə oxundu
32 Nədamət 28.02.12 1.393 dəfə oxundu
33 Vergi miqdarı çox olduğu təqdirdə nə etməliyik? 23.02.15 256 dəfə oxundu
34 “Qurandan din öyrənilməz” deyən din xadimlərinin hökmü nədir? 30.07.18 195 dəfə oxundu
35 Pıçıldaşmaq və xısın-xısın danışmaq 06.03.12 1.588 dəfə oxundu
36 Səcdə nəyin üzərinə ediləcək? 02.03.15 2.043 dəfə oxundu
37 Bir məsələdə din elmə zidd olarsa, necə hərəkət edilməlidir? 12.07.19 144 dəfə oxundu
38 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.916 dəfə oxundu
39 Bir müsəlman doğru bildiyi səhvlərdən ötrü məsuliyyət daşıyırmı? 13.03.15 949 dəfə oxundu
40 Dinin əsl məqsədi gözəl əxlaqa yiyələnməkdir? 08.03.12 1.346 dəfə oxundu
41 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.158 dəfə oxundu