Müselmanlar
İş vaxtı kənar işlərlə məşğul olmaq

İş vaxtı kənar işlərlə məşğul olmaq

Sual: Mən bir firmada işləyirəm. Elə olur ki, iş vaxtı işdən bezirəm, ürəyim sıxılır. İnternet şəbəkəsində gəzişirəm. Bəzən oyun da oynayıram. Bütün bunlardan müdiriyyətin xəbəri olmur. Mənim bu hərəkətim dini cəhətdən nə dərəcədə düzdür?

Cavab: İstər dövlət işində, istərsə də qeyri-dövlət sektorunda olsun, işləyən bir şəxs (tutduğu vəzifədən asılı olmayaraq) işdənkənar şeylərlə məşğul olmamalıdır. Məsələn, bir dövlət qulluqçusu və ya özəl sektorda işləyən bir işçi iş vaxtı uzun müddətli telefon danışıqları və mesajlaşma edə bilməz; əlavə olaraq, oyun oynamaq, saatlarca sosial şəbəkədə vaxt keçirmək, ayaqyolunda çox qalmaq, uzun müddət ibadətlə məşğul olmaq və oxşar şeylərlə məşğul olmaq da düzgün deyil.

Sözsüz ki, bu kimi hallar əmək müqaviləsinə əsasən qadağandır. Çünki işləyən şəxsin yerinə yetirməli olduğu bir sıra öhdəliklər var. Başqa sözlə desək, o, bir sıra işləri yerinə yetirməyə görə cavabdehlik-məsuliyyət daşıyır.

Ona görə də özünü müsəlman hesab edən hər hansı bir şəxs bu kimi xoşagəlməz hallara yol verməməlidir.

Əgər özəl sektorda gündəlik qaydada hansısa bir işi qurtarmaq-başa çatdırmaq prinsipi ilə işləyirsinizsə, görməli olduğunuz işi layiqincə görüb qurtardıqdan sonra və sadəcə olaraq müdiriyyətə məlumat verib icazə almaq şərti ilə işdənkənar işlərlə məşğul ola bilərsiniz. Bu isə olduqca izafi bir məsələdir və təəssüf ki, bu da insanlar tərəfindən sui-istifadə oluna bilər. Yəni, bu məsələ təkcə qanunla qadağan edilməklə bitmir; eyni zamanda ayrı-ayrı şəxslərin vicdanından və iş əxlaqından asılıdır.

Odur ki, işlədiyiniz yerdə müvafiq icazə yoxdursa, bütün bunlardan uzaq durmaq lazımdır.

Yeri gəlmişkən, bu məsələ ilə yaxından əlaqədar olan sual və cavablarla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5171.html

http://www.muselmanlar.com/fitvalar/4268.html

http://www.muselmanlar.com/fitvalar/1829.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin