- Müselmanlar - http://www.muselmanlar.com -

Niyyətdən sonra əgər imsak vaxtı daxil olmayıbsa, nəsə yeyib içmək olar?

Cavab: Quranın Bəqərə surəsinin 187-ci ayəsinə əsasən orucluqda yemək-içmək dan yerinin ağarmağına qədər davam edə bilər. Yəni, o vaxta qədər nəsə yemək və içmək olar. Həmin ayədə belə deyilir:

“…Şəfəqin qara cizgisi ağ cizgisindən (qara iplə ağ ip) sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın…”

Buradan belə məlum olur ki, bir şəxsin tez bir vaxtda – qabaqcadan oruca niyyət etməyi o qədər də vacib deyil. Çünki o, nəsə yeyib içmək üçün axırıncı vaxt olan bu vaxtadək yeyib içməyə davam edə bilər. Yəni, onun əvvəlcədən niyyət etməyi belə bir halda orucunun batil olmağı demək deyil. Çünki oruc həmin vaxtdan əvvəl deyil, məhz o vaxtın başlaması ilə başlayır.

Bunu başqa cür izah edək: Tutalım ki, bir nəfər axşamdan səhura oyanmamaq qərarına gəlib. Ancaq ertəsi gün oruc da tutacaq. Elə oldu ki, bu şəxs səhur yemək üçün oyandı. O, öz-özünə: “Axı mənim səhur üçün oyanmaq fikrim yox idi…Oruca da elə axşamdan niyyət etmişdim. İndi isə gərək bir şey yeyib içməyim”, – deməməlidir.

Nəticə olaraq, bir şəxs əvvəlcədən oruca niyyət etsə belə, dan yeri ağarana – imsak vaxtına qədər yeyib içməyə davam edə bilər. Bunda heç bir qəbahət yoxdur.

Suala cavab verdi: Yahya Şenol1 [1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [2] © 2004 Bütün hüquqları qorunur.

  1. İslam hüququ üzrə doktor, tədqiqatçı-alim. [ [3]]