Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq?
Müsəlmanlar > Fitvalar > Qəza-qədər Tarix: 02 Temmuz 2014 Tövsiyə et Çap et
Sual: Xərçəng xəstəliyi bizim qədərimizdir, yoxsa düzgün qidalanmamağımızdan irəli gəlir?

Cavab: Kainatda hər şey Allahın icazəsi ilə baş verir. O, bizi və hər şeyi fitrəti üzrə yaratmış və bir ömür vermişdir. Bu ömrü müəyyən yer və şəraitdə başa vururuq. Bu zaman istədiyimiz və ya istəmədiyimiz (özümüz ya da başqa insanlar tərəfindən) bəzi qəzalar yaşayırıq. Ancaq bütün bunlar Allahın icazəsi, yaradılış qanununa uyğun qoyduğu ölçülər çərçivəsində yəni, Onun qoyduğu təqdir ilə olur. Məsələn, biz Allahın yaratdığı daxili və xarici aləmlə daim ünsiyyət, mübarizə halındayıq və bizi Allah bunlarla imtahan etməkdədir.

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul qıtlığı ilə sınayarıq. Səbr edənlərə müjdə ver.” (Bəqərə 2/155)

Allaha təvəkkül edən biri üçün əsas olan, başına gələn işin faydalı və zərərli olmasından daha çox həmin şəxsin o işə qarşı göstərdiyi hərəkətidir. Bu səbəblə istədiyi bir şeyə nail olanın şükr etməsi, istəmədiyi ilə qarşılaşanın da səbr göstərməsi, onun imtahanı qazanıb qazanmamasının əsas meyarıdır.

Nəticə etibarı ilə Allahın yerdə qoyduğu ölçülərə başqa sözlə desək, qədərinə əsasən bizim yediyimiz ya da başqaları tərəfindən yedirildiyimiz normal qidalar  Allahın fitrətimizə verdiyi ömrü axıra qədər yaşamağımızı saxlayır. Zərərli ya da zəhərli qidalar isə, bu verilən ömrə son qoymağa başlayır. Məsələn, çörək və üzüm yeməklə insan normal həyatına davam edər. Ancaq qidaların tərkibini pozaraq çörək və üzümü içki kimi zərərli qidalar halına gətirib içərsə, həm daxili, həm də xarici faciələrlə üzləşir. Nəticədə ya özünün, ya da bir başqasının həyatı ilə oynamış olur.  Hər şey belədir… Biz Allahın yaratdıqları ilə fitrətimizə uyğun düzgün münasibət göstərərsək, bədənimizə uyğun havanı, qidanı həzm etsək xəstələnmək, düz yolda getsək isə düşmə ehtimalımız olmaz. Ancaq bunun tərsinə bədənimizə uyğun olmayan soyuq havanı almaqla soyuqlama, zərərli qidanı almaqla zəhərlənmə, ucuruma doğru getməklə düşmə ehtimalını nəzərə almalıyıq.

Qısa desək, bizim Allahın yaratdığı daxili və xarici aləmlə olan münasibətlərimiz qəza və qədərimizi təşkil edir. Buna təqdiri-ilahi də deyilir. Allahın icazəsi ilə etdiyimiz hər hansı bir iş bizim və başqalarının qədəri sayılır. Bu işlə meydana gələn nəticəyə də biz Allahın qəzası deyirik.

Müəllif: Aydın Mülayim.[1]

Qədər məsələsi ilə əlaqədar ətraflı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/5139.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Müsəlmanlar.com saytının redaktoru.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.670 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.289 dəfə oxundu
2 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 941 dəfə oxundu
3 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.444 dəfə oxundu
4 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.795 dəfə oxundu
5 Qəza-qədər məsələsi 24.02.13 4.082 dəfə oxundu
6 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.727 dəfə oxundu
7 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.483 dəfə oxundu
8 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.942 dəfə oxundu
9 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.105 dəfə oxundu
10 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 993 dəfə oxundu
11 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi? 02.02.15 1.229 dəfə oxundu
12 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 983 dəfə oxundu
13 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 976 dəfə oxundu
14 Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə? 18.06.18 363 dəfə oxundu
15 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.699 dəfə oxundu
16 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 111 dəfə oxundu
17 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.670 dəfə oxundu
18 Cəhmiyyə 27.02.12 1.805 dəfə oxundu