Cavab: Həmin kişi qüsl etməlidir. Çünki Qurani-Kərimdə: “Əgər cünub olmuşsunuzsa, qüsl edin”, – deyilir (Maidə, 5/6). Ərəb dilində cünub olmaq boşalma olub olmamağından asılı olmayaraq cinsi əlaqə mənası daşıyır. Bununla əlaqədar hədis isə aşağıdakı kimidir:
Sizin biriniz arvadının dörd orqanının arasında oturduqdan sonra onunla əlaqədə olsa, boşalıb boşalmamağından asılı olmayaraq qüsl etmək ona vacibdir (Müslim, Heyz, 22).
Müslim rəvayətində bildirilir ki, bu hədis sizin haqqında danışdığınız “boşalma olmasa, qüsl lazım deyil” hədisini nəsx edib; başqa sözlə, aradan qaldırıb. Bundan əlavə, bu hədis Qurandakı ayəyə də uyğundur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: aybaşı, boşalma, cünub, cənabət, dəstəmaz, heyz, hədis, maidə, müslim, nəsx, Qüsl, səhih hədis