Qiyabi meyyit namazı
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar Tarix: 26 Mayıs 2014 Tövsiyə et Çap et
Sual: İslam dinində qiyabi meyyit namazına münasibət nədən ibarətdir? Bəzən elə olur ki, çox uzaq bir yerdə rəhmətə gedən bir nəfərin meyyit namazını qiyabi surətdə başqa yerlərdə qılırlar. Bu nə dərəcədə düzdür?

Cavab: Meyyit namazı ölən şəxsə dua etməkdən ibarətdir. Allah Təala Rəsulullaha (s. a. v.) münafiqlərlə əlaqədar olaraq belə buyurmuşdur:

“Onların ölənlərə əsla meyyit namazı qılma.”

Buradakı “Salli əla” ifadəsi dua etmək mənasını verir.

Bir sözlə, meyyit namazı ölü üçün dua etmək deməkdir. Biz bu duanı etdikdə Rəsulullah kimi hərəkət etməyə çalışırıq; onu əsas tuturuq. Meyyit namazı əslində bir namaz deyil. Ölü üçün yerinə yetirilən axırıncı bir öhdəlik kimidir.

Ölən adam üçün dua etmək istədikdə onun yanında olmaq şərt deyil.

Rəvayətlərdə qeyd edilir ki, peyğəmbərimiz (s. a. v.) Həbəşistan hökmdarı vəfat etdiyi vaxt onun üçün qiyabi meyyit namazı qılıb.

Odur ki, qiyabi meyyit namazı qılmaq istəyənlər vəfat edən şəxs barədə cəm halda dua edirlər.

Hənəfi məzhəbindən olanlar belə hesab edirlər ki, qiyabi meyyit namazı qılmaq təkcə peyğəmbərə xas bir işdir. Şafeilər və digər məzhəblər isə qiyabi meyyit namazının qılına biləcəyini bildirirlər.

Nəticə olaraq, ölən şəxs üçün cəm halda dua mənasında qiyabi meyyit namazı qılmaq mümkündür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Ətraflı məlumat üçün aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/cenaze-meyyit

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.335 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? 04.05.11 1.816 dəfə oxundu
2 Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? 20.05.11 2.798 dəfə oxundu
3 Ölüyə təlqin etmək müstəhəbdir? 09.03.12 1.769 dəfə oxundu
4 Kimin meyyit namazını qılmaq olar, kimin yox? 15.03.12 2.175 dəfə oxundu
5 Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? 28.06.09 4.851 dəfə oxundu
6 Suda itənin meyyit namazı 29.05.12 1.408 dəfə oxundu
7 Qiyabi meyyit namazı 26.05.14 1.335 dəfə oxundu
8 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.577 dəfə oxundu
9 İslam dinində meyyiti yandırmağa necə baxılır? 23.01.10 2.170 dəfə oxundu
10 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.011 dəfə oxundu
11 Yas saxlamaq olarmı? 16.03.16 4.482 dəfə oxundu
12 Kişi arvadının meyyitini qəbirə sallaya bilər? 13.06.13 1.373 dəfə oxundu
13 Qadınlar meyyit namazı qıla bilərlər? 16.05.10 1.748 dəfə oxundu
14 Dəfn mərasimində qadınlar iştirak edə bilər? 12.03.14 1.781 dəfə oxundu
15 Ölü yerində çörək yemək günahdır? 16.05.10 2.466 dəfə oxundu
16 İntihar edən insanın cənazə namazı qılınarmı? 04.02.19 364 dəfə oxundu
17 Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? 16.05.10 1.836 dəfə oxundu
18 Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? 24.11.10 2.040 dəfə oxundu
19 Ölünü basdırandan sonra namazını qılmaq olar? 14.01.11 1.783 dəfə oxundu
20 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.658 dəfə oxundu
21 Ölən körpəyə dua 12.03.11 1.752 dəfə oxundu
22 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.908 dəfə oxundu