Müsəlmanlar

Musanın anasına gələn vəhylə rəsullara gələn vəhyin nə fərqi var?

Sual: Quranın Qəsəs surəsinin 7-ci ayəsində belə deyilir: “Musanın anasına: “Onu əmizdir”, - deyə, vəhy etdik. Elə isə Musa peyğəmbərin anasına edilən vəhylə rəsullara edilən vəhyin arasında nə kimi bir fərq var?

Cavab: Gəlin, rəsulun kim olduğuna bir daha nəzər salaq. Mən burada sizə dərs keçirəm. Siz bu binadan bayıra çıxdığınız vaxt mənim rəsulum  (elçi) olursunuzmu? Təbii ki, xeyr! Elə isə mənim gördüyüm bu iş müəllimlikdir. Bunu bildiklərini başqalarına öyrətməyə çalışan şəxs mənasında deyirəm.

Bəs nə vaxt elçi olarsınız? Əgər mən sizə: “Gedin, filankəsə filan şeyləri deyin”, – desəm, mənim elçim olarsınız.

Məgər Allah Təala Musa peyğəmbərin anasına: “Get, filan şeyləri filan şəxslərə de”, – dedi? Xeyr. Quranda belə bir şey yoxdur. Elə isə Musanın anası rəsul (elçi) deyil. Məhz rəsullarla əlaqədar olaraq Allah: “Elçinin təbliğ etməkdən başqa bir öhdəliyi yoxdur”, – deyir.

Musa peyğəmbərin anasına gələn vəhy sadəcə olaraq özünə aid bir əmrdir; yəni, təkcə onunla əlaqədardır. Bu isə insanın yuxusunda da baş verə bilər, ona agah da ola bilər. Bu, müxtəlif formalarda hamımız üçün baş verə bilər.

Deməli, Allahın ayə nazil edib: “Get, bunu insanlara çatdırıb təbliğ et”, – dediyi şəxsdən savayı nəbi-rəsul ola bilməz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.